Icma.az
close
up
RU
Qərbi azərbaycanlı: Yurd nisgilinə son qoyulacağına inanırıq AZƏRTAC

Qərbi azərbaycanlı: Yurd nisgilinə son qoyulacağına inanırıq AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncə, 18 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC

Güllü, Arxac dərələri, Yumrutəpələr, Bala yoxuş, Böyük yoxuş, Qoruqçu qayası, Qoşunalının qoruğu, Qaya, Nazlı, Qanqallı, Novçalı, Pirənni, Maral bulaqları... Sayı 60-a yaxın olan bu türk mənşəli toponimlər qədim oğuz yurdu olan Göyçə mahalının sadəcə bir kəndinə, Güneyə aiddir. Kənd Basarkeçər rayonundan 25 kilometr şimal-qərbdə, Basarkeçər-Çubuxlu yolunun üstündə yerləşir. Kiçik Qafqaz sıra dağları cərgəsindəki Güney dağ silsiləsi ilə Göyçə gölü arasındakı düzənlik zolağında, soldan “İtkəlləsi” yüksəkliyi, sağdan "Qoca dağ" zirvəsinın ətəyində olan yaşayış yeri 1988-ci ilədək ancaq öz həqiqi sahiblərinin, azərbaycanlıların yurd yeri olub.

Qərbi Azərbaycan ərazisində azərbaycanlıların sonuncu deportasiyası zamanı ermənilər tərəfindən Güneyin doğma qoynundan zorla çıxarılan sakinlərdən biri olan 54 yaşlı Ceyran İbrahimova AZƏRTAC-ın bölgə müxbirinə Göyçə gölünün sahilindəki kəndin əsl türk eli olduğuna dair çox məqamlardan söz açıb. Deyir ki, əvvəlki adı Sədənağac olan yurd yerinin azərbaycanlıların dədə-baba torpağı olmasını türk mənşəli toponimlərlə yanaşı, qədim qəbirlərin olduğu qəbirstanlıq, Babalılar, Çəkməlilər, Hüsənlilər, Mirzalılar və digər tayfaların adları da sübut edir.

“Mən belə bir eldə anadan olmuşam. Atam Məcnun İbrahimov kəndimizin məktəbində müəllim, direktor, sonralar Basarkeçər rayon Xalq Maarifi Şöbəsində müdir, rayon partiya komitəsinin II katibi, Şişqaya kənd orta məktəbinin və Basarkeçər rayonundakı gecə məktəbinin direktoru vəzifələrində işləyib. Kəndimiz atam kimi çox sayda ziyalılar yetişdirib. Məktəbimizdəki savadlı müəllimlərin içərisində elmlər namizədi də var idi”, - deyən Ceyran İbrahimova bildirir ki, yetişən nəsillər kitaba, təhsilə marağı bu müəlimlərdən öyrəniblər.

150-yə yaxın evin yerləşdiyi Güney kəndinin əhalisi çox zəhmətkeş olub. Burada təbiətin səfalı, torpağın münbit olması insanlara əkinçilik, tütünçülük, maldarlıqla məşğul olmağa imkan yaradıb. Kənddə demək olar ki, bir çox evdə hanalar da olub. Bu hanalarda biri-birindən gözəl xalçalar toxunub. “Ev və təsərrüfat işləri, 12 övladına baxmaqla yanaşı, anam xalça da toxuyardı. Mən də ona kömək edər, həm də bu işi öyrənərdim. Əriş və arğac ipliklərin toxuculuq dəzgahında bir–birinə ardıcıl toxunması nəticəsində əmələ gələn xalçalarda təbiətin rəngləri, qədim türk inanclarına aid naxışlar insanı valeh edərdi. Bu da azərbaycanlıların kökünün necə qədimə dayandığını sübut edir”, - deyə müsahibim söyləyir.

O, doğma kənddə keçən bayramları, toyları da yadına salır. Deyir ki, Novruz bayramında baharın ətrini daha yaxşı hiss etmək üçün evlərdə təmizlik işi aparılıb, bol nemətli süfrələr açılıb, insanlar bir-birini qonaq edib: “Axır çərşənbədə 7 löyün yemək, fəsəli, qatlama, kətə kimi şirniyyatlar hazırlanırdı, soğan qabığı ilə yumurta boyanırdı. Uşaqkən lopa yandırıb, bacadan qurşaq sallayıb, qapı pusurduq, bayram payımızı alırdıq. Ən çox boyalı yumurta toplayan öyünürdü. Hava soyuq olurdu, buna baxmayaraq əlimizdə vedrələr su səpərdik. Qədim türk dastan və miflərində suyun önəmi böyük olub. Biz də su ilə sanki sağlamlaşırdıq”.

Qərbi azərbaycanlı o günlərin yaddaşına ən gözəl xatirələrlə yazıldığını deyir. El adətləri güneyliləri bir-birinə daha da sıx bağlayıb. “Xıdır Nəbi bayramında öncədən tədarük edilmiş ərzaq, azuqə kisələrinin, torbalarının ağzı açılırdı. Bayramın əsas atributları qovrulmuş buğda və qovud hesab olunurdu, xonça hazırlanırdı, çıraq yandırılırdı. Toylarımızda aşıqlar, zurnaçılar olardı, şabaş yığar, yallı gedər, soyutma siqa balığı, milli xörəklərimizdən dadardıq”, - deyə Ceyran İbrahimova vurğulayır. Güney sakinləri təbiətə çox bağlı olublar, onun qoynunda zaman keçirməkdən zövq alıblar. “Yayda Göyçə gölünə çimməyə gedirdik. Yaylağa çıxırdıq, dağı, dərəni izləməkdən doymurduq. Çaytikanı, çaşıq və sair faydalı bitkilər toplayırdıq. Yadımdadır ki, ermənilər kəndə bu bitkilərdən, tərəvəz və mal-qara almağa gəlirdilər. Qiymətdə çığallıq edirdilər, azərbaycanlıları aldatmağa çalışırdılar. Bizə nifrətlə baxıb, “Türkün uşaqları, kənara çəkilin” dediklərini xatırlayıram. Rayon mərkəzinə gedən gənclərimizi də davaya təhrik edirdilər”, - deyə Qərbi azərbaycanlı bildirir.

Onun sözlərinə görə, ermənilərin Güneyin sahiblərini daha öncə deportasiyaya məruz qoyması barədə atasından eşidib. Sonradan özü də təkrarlanan tarixin canlı şahidinə çevririlib. “Atam onların bizə qarşı məkrli olduğunu deyirdi. Bu məkr özünü 1988-ci ilin sonlarına yaxın lap çox biruzə verməyə başladı. Qəsdən qəzalar törədib insanları canından edirdilər, kəndlərə ərzaq gətirilməsinə imkan vermirdilər. Bizdə də vəziyyət eyni idi. Rayon mərkəzinə gedib-gələ bilmirdik, təcrid olunmuşduq. Sonda daşnaklar gəlib kənddən çıxmalı olduğumuzu, yoxsa bizi öldürəcəklərini dedilər” – deyən Ceyran İbrahimova bildirir ki, sakinlər doğma yurdlarını tərk etmək istəməyiblər. Bunun üçün əllərindən gələni ediblər: “Atam rəhmətə getmişdi, onun qəbri, ev-eşiyimiz, varımız-yoxumuz kəndimizdə idi. Bütün kişilər evlərə keşik çəkirdilər, lakin əli silahlı ermənilərə qarşı dinc əhali nə qədər duruş gətirə bilərdi ki? Ermənilər neçə nəfəri vəhşicəsinə döymüşdülər. Məcbur olub, quru canımızı götürüb, kəndimizdən çıxmalı olduq. Biz Göygölə sığındıq. Qaçqın adı qazandıq, çox çətin günlər yaşadıq”.

Müsahibim bildirir ki, bu gün də Qərbi azərbaycanlılar onlara qarşı törədilmiş ədalətsizliyi qəbul etmirlər. “Dədə-baba torpaqlarımızdan qovulmuş biz azərbaycanlıların sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını dəstəkləyirik. Çəkdiyimiz yurd nisgilinə son qoyulacağına, hüquqlarımızın bərpasına inanırıq”, - deyə Ceyran İbrahimova bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2024 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see207

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see201

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see192

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see168

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see157

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see154

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see138

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see137

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see129

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see126

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see125

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri