Icma.az
close
up
RU
Qərbi azərbaycanlılara ŞAD XƏBƏR KONKRET

Qərbi azərbaycanlılara ŞAD XƏBƏR KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Ermənilərin Zəngəzur və Göyçə bölgələrini mərhələli şəkildə tərk etməsi Azərbaycanın Qərbi Azərbaycana qayıdış planlarına yeni imkanlar açır. Maraqlıdır, Ermənilərin Zəngəzur və Göyçə bölgələrini tədricən tərk etməsi Azərbaycanın Qərbi Azərbaycana qayıdış planlarına hansı təsiri göstərə bilər?

Bu barədə KONKRET.az-a danışan siyasi şərhçi Əli Mustafa bildirib ki, tarixi faktlara görə, Zəngəzur və Göyçə ərazilərində minilliklər boyu azərbaycanlılar və türklər yaşayıb:

“19-cu əsrdə Rusiya-Qacar və Rusiya-Osmanlı sazişlərindən sonra ruslar bölgəyə ermənilərin köçürülməsini təşkil etdilər. Bununla yanaşı, həmin dövrdə bölgədə yaşayan türklər, azərbaycanlılar tədricən sıxışdırılaraq öz yurdlarından çıxarıldılar. Lakin 1980-ci illərə qədər Zəngəzurda və Göyçədə azərbaycanlıların sayı kifayət qədər üstün idi”.

Onun sözlərinə görə, sonrakı mərhələdə ermənilərin süni qarşıdurma yaratması, qətliamlar törətməsi nəticəsində azərbaycanlılar kütləvi şəkildə Ermənistandan didərgin düşdülər. Lakin bu gün həmin ərazilərdə bir çox kəndlər hələ də boşdur:

“Göyçə və Zəngəzurda elə kəndlər var ki, ermənilər orada məskunlaşa bilmədikləri üçün boş qalıb, hətta bir çox qədim Azərbaycan kəndləri dağıdılaraq insan üçün yararsız hala salınıb. Ermənilər də anlayırlar ki, bölgədə sabit şəkildə yaşamaq perspektivləri yoxdur, buna görə müxtəlif bəhanələrlə əraziləri tərk edirlər”.

Əli Mustafa hesab edir ki, bu proses Azərbaycanın Qərbi Azərbaycana qayıdış imkanlarını daha da yaxınlaşdırır:

“Bu bölgələrdə indi də azərbaycanlıların yaşamaq haqqı var. Ermənilər tədricən əraziləri boşaltdıqca, bizim vətəndaşların qayıdışı daha da asanlaşır. Gələcəkdə Azərbaycan və Ermənistan hökumətləri arasında imzalanacaq müqavilələr də bu prosesə hüquqi zəmin yarada bilər. Dədə-baba torpaqlarına qayıtmaq istəyən kifayət qədər vətəndaşımız mövcuddur və bu, onların haqqıdır”.

Siyasi şərhçinin fikrincə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması şəraitində Qərbi Azərbaycana qayıdışın reallaşması daha real görünür.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Sentyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri