Icma.az
close
up
RU
Qərbi Azərbaycanlıların əzəli torpaqlarından zorla çıxarılması və Ermənistan dövlətinin strateji məqsədləri

Qərbi Azərbaycanlıların əzəli torpaqlarından zorla çıxarılması və Ermənistan dövlətinin strateji məqsədləri

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman), Dövlət İdarəçilik Akademiyasının və Beynəlxalq Osmanlı Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə “Milli mənsubiyyət hüququnun konstitusion əsasları və tarixi aspektləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Beynəlxalq Osmanlı Tədqiqatları Komitəsinin İdarə Heyətinin üzvü, məşhur türkiyəli tarixçi, professor İlbər Ortaylının  iştirak etdiyi etdiyi beynəlxalq konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova “Qərbi azərbaycanlıların zorla çıxarılması və Ermənistan dövlətinin strateji məqsədləri” mövzusunda çıxış edib. Mövzunun aktuallığını nəzərə alaraq çıxışın mətnini oxucularımıza təqdim edirik.

Hörmətli konfrans iştirakçıları. Hər birimizin adından hörmətli qonağımıza, doktor-professor İlber Ortaylıya “Xoş gəlmisiniz”- deyirəm. Osmanlı İmperiyası tarixinin görkəmli araşdırmaçısı, bu istiqamətdə yüksək elmi dəyəri olan kitabların müəllifi, çoxdəyərli professorun azərbaycanlıların 200 ilə yaxın müddətdə üzbəüz qaldığı problemlərlə bağlı fikirlərinin elmi ictimaiyyətimiz üçün yeni tezislərlə yadda qalacağına inanırıq.

Qərbi Azərbaycanda əsrlərlə yaşayan soydaşlarımızın əzəli torpaqlarından ölüm təhdidi altında zorla çıxarılması ideyası 1918-ci ildə yeni yaradılan Ermənistan dövlətinin rəsmi mövqeyinin reallaşması idi. Dəyərli konfrans iştirakçılarına xatırlatmağı lazım bilirəm ki, bu siyasətin əsası əslində 1828-ci ilin martında Rusiya imperatorunun İrəvan xanlığının bazasında Erməni Vilayətinin yaradılması ilə bağlı imzaladığı fərmanla möhkəmləndirildi.             

Ermənistan SSR Elmlər Akademiyası Tarix İnstitutunun ötən əsrin 80-ci illərində nəşr etdirdiyi “Şərqi Ermənistanın Rusiya imperiyasına birləşdirilməsi”  kitabında fikrimizin təsdiqi üçün xeyli faktlar yer alıb. Adıçəkilən kitabda Erməni Vilayətinin inzibati ərazisində demoqrafik vəziyyətin etnik ermənilərin xeyrinə olmadığı qeyd olunur. Buna görə idi ki, Erməni vilayəti üzrə müsəlman azərbaycanlıların ilkin deportasiyası ilə bağlı Qafqaz canişininin atmalı olduğu addımlar sənədlərin dili ilə danışır. Həmin sənədlərdə 40 minə yaxın müsəlman azərbaycanlıların Şörəyel mahalına köçürülməsi ifadə olunurdu. Köçürüləcək əhalinin torpaqları Türkmənçay Müqaviləsinin şərtlərinə uyğun olaraq məğlub İranın ərazisindən İran xəzinəsinin xərci ilə İrəvan quberniyasına gətiriləcək ermənilərə paylanacağı göstərilirdi. Bununla belə, XIX əsrin birinci yarısının əvvəllərinə bugünkü Ermənistan dövləti ərazisində əhalinin çoxunu Qafqaz müsəlmanları azərbaycanlılar təşkil edirdi. Cəfər Qiyasi və İbrahim Bozyelin ingilis dilində nəşr etdirdikləri "Ermənilərin mədəni terror aktları " kitabında əvvəllər bu ərazilərdə etnik azərbaycanlıların yaşadıqları Gürcüstan Dövlət Arxivində saxlanılan, Qafqaz Canişinliyinə aid sənədlərlə təsdiq edilir. Daha sonra kitabda yenə sənədlərə əsaslanan belə fikir yer alır: “Təkcə XX əsrin əvvəllərində Qərbi Azərbaycanda 2310 coğrafi addan 2000-ə qədəri türk mənşəli idi”.

Əsrlər boyu türk-müsəlman əhalisinin içərisində yaşamış ermənilərin təşkilatlandırılması və türk-müsəlmanlara qarşı zorakı əməllərə təhrik edilməsi onlar arasında planlı şəkildə radikal millətçi və irqçi ideologiyanın yayılması ilə mümkün olub. Rusiyadan qidalanan ifrat erməni millətçiliyinin bugünkü monoetniklik siyasətinin sonradan peyda olan Ermənistan dövlətinin rəsmi kursuna çevrilməsi tarixçəsi belə başladı. Bu, paralel olaraq Ermənistanda türk mənşəli toponimlərin erməniləşdirilməsi prosesi ilə qoşa aparılırdı. Həmin proses isə üç mərhələdə təsnif oluna bilər: 1918 - 1920, 1920 - 1990 və 1990-cı illərdən günümüzə qədər. Birinci mərhələ “yandırılmış ərazilər” adlanır və mərhələ etnik azərbaycanlıların fiziki məhvini ehtiva edirdi. Məsələn, 1932-ci ildə İrəvanda nəşr olunan “Sovet Ermənistanının əhalisi 1831-1931-ci illərdə” kitabının müəllifi  Z. Korkodyan konkret faktlar əsasında 1918-1920-ci illərdə baş verənləri statistik rəqəmlərdə bu cür ifadə edirdi: “Kütləvi qırğınlar zamanı indiki Ermənistan ərazisində yaşayan 575 min azərbaycanlıdan 565 mini öldürülüb və yaxud ölkə ərazisindən qovulub”. 

Fikrimizcə, yüz ilə yaxındır ki, genosid faktından danışmaq və yazmağı sevən insanlar bu faktın hüquqi cəhətdən necə adlandırılmasını bilirlər.

1920-ci ildən sonrakı tarixlər isə nisbətən “yumşaq” formada baş tuturdu. Paralel olaraq azərbaycanlıların sıxışdırılaraq müxtəlif üsullarla Ermənistan SSR-dən çıxarılması ilə bərabər yer adlarının erməniləşdirilməsi ilə həyta keçirilirdi.

Bolşevik Ermənistanında toponimlərin dəyişdirilməsinə səbəb kimi isə 3 yanvar 1935-ci ildə Ermənistan SSR-nin rəsmi qərarı göstərilirdi. Rəsmi qərarda isə bu, dinə qarşı mübarizənin formalarından biri kimi izah olunurdu: “Ermənistandakı yer adları dini məna daşıdığı, keçmişin feodal ünsürlərini özündə əks etdirdiyinə görə dəyişdirilməlidir”. 

Digər hallarda isə hələ XIX əsrin 80-ci illərində məşhur gürcü ziyalısı İlya Çavçavedzenin dediyi kimi, “ağlayan daşlar və saxta erməni alimləri”nin əsrlər boyu tətbiq etdikəri metodları işə düşürdü. Nəticə olaraq, Qərbi Azərbaycandakı toponimlər- abidə, dağ, çay, göllər, həmçinin mahal, kənd adları sürətlə dəyişdirilir, nəticə olaraq min illərdir bu ərazidə yaşamış insanların izini, izlə bərabərsə Cənubi Qafqazdakı böyük bir arealın tarixini silmək cəhdləri bu günə qədər davam edir. Tarixən çoxmillətli və çoxmədəniyyətli olan bir regionda Ermənistanın öz mono-etnikliyi ilə istisna təşkil etməsi bu dövlətin apardığı soyqırımı siyasətinin miqyasını göstərir. 

Bütün bu tarixi həqiqətləri söyləməkdə məqsədimiz sülh və ədalət üçün əsas maneə olan Ermənistanın irqçi siyasətinə diqqəti yönəltməkdir. Bu məsələdə elmi ictimaiyyətin böyük rolu var. Dəyərli konfrans iştirakçıları, haqq-ədalətin öz yerini tutması üçün elmi ictimaiyyətimizin hər bir üzvünün daha məhsuldar çalışmasını vacib sayırıq.

Hazırladı:
Namiq Qədimoğlu
“Xalq qəzeti”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Fevral 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri