Icma.az
close
up
RU
Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı tarixi bir zərurətdir və hüquq çərçivəsində tələbidir

Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı tarixi bir zərurətdir və hüquq çərçivəsində tələbidir

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cənubi Qafqaza ermənilərin köçürülməsinə, yəni XIX əsrə qədər bu regionda ermənilərə aid bir mülk də olmayıb"... Bu sözləri Qərbi Azərbaycan İcmasının (QAİ) rəhbəri Əziz Ələkbərli deyib. Əziz Ələkbərli qeyd edib ki, araşdırmalar ermənilərin İrəvandakı "Təpəbaşı" yaşayış məntəqəsindəki tarixi irsimizi yer üzündən silmək cəhdlərinin hələ də davam etdiyini göstərdi.

2020-ci il 44 günlük müharibə Azərbaycanın qələbəsi ilə başa çatsa da, Ermənistan sülh müqaviləsi bağlamağı müxtəlif bəhanələrlə yubadır. Co Bayden dövründə ABŞ Ermənistanla strateji tərəfdaşlıq xartiyası imzalasa da, görünən odur ki, Tramp üçün Ermənistan o qədər də önəmli deyil. Rusiyadan Avropa eşqi ilə sürətlə uzaqlaşan Ermənistan bu gün yenidən Rusiya çətirinə qayıtmaq istəyir. Rusiya ilə Azərbaycan arasında münasibətlər də son zamanlar gərgin xətt üzrə inkişaf edir və bütün baş verənlər fonunda soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı...

Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan dövlətinin Qərbi Azərbaycan strategiyası dərin düşünülmüş, tarixi, siyasi, geosiyasi, hüquqi, iqtisadi, mədəni, ideoloji və dövlətçilik məqamlarını sistemli şəkildə nəzərə alan bir konsepsiyaya əsaslanır və burada Azərbaycan rəhbərliyi konkret tarixi faktlara söykənən məntiqi yanaşmanı həyata keçirir.

Müşfiq Cəfərov

“Qərbi Azərbaycan, Azərbaycanın qədim tarixi torpağıdır və azərbaycanlıların ora qayıtmağa siyasi, hüquqi, mənəvi, mədəni haqqı vardır. Bunun üçün Azərbaycan beynəlxalq hüquq normaları və qanunlar çərçivəsində fəaliyyətini davam etdirir. Azərbaycanın məqsədi mövcud sərhədlərdən kənarda olan tarixi ərazilərə qətiyyən iddialı deyil. Burada söhbət yalnız pozulmuş insan haqlarının bərpasından gedir. Bunun üçün rəsmi Bakı siyasi-diplomatik müstəvidə fəaliyyəti ilə beynəlxalq miqyasda hüquqi fəaliyyətini vahid məntiqi çərçivədə aparır”-deyə deputat qeyd edib.

Müşfiq Cəfərov vurğulayıb ki, bu gün Ermənistanın havadarları etnik ermənilərin qayıdış hüququndan danışanda Qərbi Azərbaycandan olan soydaşlarımızın vəziyyətini gözardı etməyə çalışırlar: “Prezident İlham Əliyevin də söylədiyi kimi, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də qərbi azərbaycanlılara da şamil edilməlidir”.

Müşfiq Cəfərov qeyd edib ki, Azərbaycan xalqı bu gün Zəngəzura, İrəvana və digər əzəli Azərbaycan torpaqlarına getmək kimi tarixi hüququnu beynəlxalq birlik qarşısında qaldırır.

“Zorla didərgin salınmış dədə-baba yurdlarına geri qayıtmaq hər kəsin haqqıdır. Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı tarixi bir zərurətdir. Bu, ədalətin bərpası və onların təməl hüquqlarının təmin edilməsi olacaq. Hər kəsin öz əzəli Vətənində yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Bu gün artıq bu istiqamətdə hərtərəfli işlərə başlanılıb. Azərbaycan xalqı dövlətimizin apardığı uğurlu xarici və daxili siyasət sayəsində qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıdacağı günü səbirsizliklə gözləyir”-deyə Müşfiq Cəfərov bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Mart 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see187

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see160

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see150

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see138

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri