Icma.az
close
up
RU
Qərbi azərbaycanlıların öz evinə qayıtmaq üçün beynəlxalq təşkilatlara müraciətlərinə laqeydlik var

Qərbi azərbaycanlıların öz evinə qayıtmaq üçün beynəlxalq təşkilatlara müraciətlərinə laqeydlik var

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qərbi Azərbaycan icması Belçikanın yeni hakimiyyətinin ayrı-seçkilik siyasəti ilə bağlı bəyanat verib. Qeyd edilib ki, Belçika Krallığında yeddi aydır davam edən növbəti siyasi böhrandan sonra bir qrup siyasi partiya 2025-ci ilin fevral ayının 1-də koalisiya sazişi imzalayaraq hökumət qurmuşdur. Sazişdə Azərbaycana və azərbaycanlılara qarşı qeyri-konstruktiv və ayrı-seçkilik xarakterli müddəalar yer alır. Bəyanatda deyilir: Belə ki, “Koalisiya sazişində “dağlıq qarabağ ” kimi ifadələrdən istifadə etməklə, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə xələl gətirilməyə çalışılır. Bundan başqa, sazişdə Azərbaycandan köçüb getmiş ermənilərin qayıdışına şərait yaradılması məsələsi qaldırılır. Lakin Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışı barədə bir kəlmə də olsun bəhs edilmir. Bu, Belçika hökuməti tərəfindən Qərbi azərbaycanlılara qarşı etnik və dini əsasda ayrı-seçkilikdir.

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Belkiçada yeni seçilən hakimiyyətin Qərbi azərbaycanlıların hüquqlarını tanımamaqla yanaşı, “dağlıq Qarabağdan köçüb getmiş ermənilərin öz dədə-baba yurdlarına qayıtması ilə bağlı” verdikləri açıqlamalar ikili stadartlardan xəbər verir və yni hakimiyyət həm də xristian həmrəyliyini nümayiş etdirir.

Elşad Həsənov

“Artıq biz bunun canlı şahidiyik ki, digər ölkələr də məhz Ermənistanı xristian olduğuna görə dəstəkləyir. Azərbaycan müsəlman olduğuna görə, hər zaman bizim məsələlərə dırnaqarası baxırlar. Ermənistandan qovulan azərbaycanlılar 250 mindən artıq olub və onların orada hansı şəraitdə qovulması, evlərinin yağmalanması, özlərinin öldürülməsi, yollarda onların qarşısının kəsilməsi, onlara olmazın əzab-əziyyət verilməsi, ayaqyalın yollara tökülməsi, başaçıq qovulması və s. bunların hamısı foto-video materiallarla öz əksini tapıb. Bu faktlar bizim əlimizdə var. Ancaq Azərbaycan ərazisindən könüllü şəkildə malını-heyvanını, əşyalarını götürüb aparan ermənilərin də foto-video faktları əlimizdədir. Onlar gülə-gülə gedirlər, onlara yemək verilib, su verilib, hətta getmələrinin də səbəbi soruşulur, onlar könüllü şəkildə getmək istədiklərini dilə gətirirlər. Yəni bu mənada Azərbaycana ikili standartlardan yanaşırlar. Bizə qarşı başqa cür davranır, erməniyə qucaq açırlar”-deyən politoloq vurğulayıb ki, bu gün 250 mindən çox qərbi azərbaycanlı öz torpaqlarına qayıtmaq üçün BMT-yə və digər beynəlxalq təşkilatlara müraciət edib, onların bu gün də istəkləri yerinə yetirilmir və Ermənistan hakimiyyəti də onların öz torpaqlarına qayıtmasına, öz ata yurdunda təhlükəsiz yaşamasına təminat vermir. Politoloqun fikrincə, bu davranış bizim soydaşlarımıza qarşı haqsızlıqdır.

Elşad Həsənov qeyd edib ki, Qərbi Azərbaycandan qovulmuş, çıxarılmış soydaşlarımızın övladları, nəvələri var və bu gün onlar öz dədə-baba torpaqlarına qayıtmaq istəyirlər.

“Həmin evlərin əksəriyyəti boşdur. Sovet dönəmində Ermənistanda yaşayan azərbaycanlılar orada maldarlıqla, meyvəçiliklə məşğul idi. Çox səfalı, gözəl yerlərdə yaşayırdılar. Bu gün öz torpaqlarına qayıtmaq üçün müəyyən addım atırlar. Təəssüf ki, Belçika kimi digər ölkələr də bu məsələlərə dırnaqarası baxır, ayrı-seçkilik edir, könüllü gedən ermənilərin deportasiya edildiklərini iddia edirlər. Həqiqətən zülmlə oradan çıxarılan, deportasiya edilən azərbaycanlılara qarşı belə davranırlar” -deyən politoloq bildirib ki, biz bu müarizədən geri çəkilməməliyik və soydaşlarımız gələcəkdə öz ata-baba yurdlarına qayıdacaqlar.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Fevral 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri