Icma.az
close
up
RU
Qərbin qərəzi: Uğursuz konfranslara yumulan gözlər, COP29da bərəldi ŞƏRH

Qərbin qərəzi: Uğursuz konfranslara yumulan gözlər, COP29da bərəldi ŞƏRH

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

Mübaliğəsiz deyə bilərik ki, Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim maliyyəsində yeni eranın başlanğıcı oldu. İclasın yekununda İqlim üzrə Paris sazişinin 6-cı maddəsinin tam razılaşdırılması əldə edilən tarixi uğur kimi qiymətləndirilir. 10 ilə yaxın bu maddə üzrə aparılan danışıqlar heç bir nəticə vermirdi və bununla da iqlim dayişiklikləri ilə mübarizəyə əlavə vəsait cəlb edilməsinə mane olurdu. Ötən il Dubayda keçirilən COP-28 zamanı Paris sazişinin 6.4 maddəsinin razılaşdırılmasına böyük ümidlər bəslənilsə də, bu mümkün olmadı. Bakıda isə tərəflər Sazişin 6.2, 6.4 və 6.8 maddələrini razılaşdırmaqla karbon bazarının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tam nəzarəti altında fəaliyyətinə yaşıl işıq yandırdı. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq".

Tədbirdən xeyli keçsə də, əldə olunan nəticə, təşkilatçılıq hələ də dünya mediasında, ekspertlər səviyyəsində müzakirələr davam edir. Əksəriyyətin də gəldiyi qənaət ondan ibarətdir ki, Azərbaycan ən yüksək səviyyədə tədbiri keçirməyə müvəffəq olub. Ümumilikdə Azərbaycanın sözügedən beynəlxalq tədbirə ev sahibliyi yüksək qiymətləndirildi. Bununla belə, qərəzli mövqelər də az olmadı. Məsələn, elə Fransa ilk gündən COP29-u, onun mahiyyətini bir kənara qoyub, tədbirin keçirildiyi Azərbaycanı hədəfə aldı. Bu da qərəz və ikili standartların bariz nümunəsi idi. Tədbirin beynəlxalq, dünya üçün qlobal əhəmiyyətini vurğulamaq yox, onu aşağılamaq xətti əsas götürüldü. Süni maneələr yaradılmasına çalışıldı.

Yeri gəlmişkən, COP29-dan sonra keçirilmiş iki böyük beynəlxalq ekoloji konfrans uğursuzluqla başa çatıb. Cənubi Koreyanın Pusan şəhərində keçirilən danışıqlarda qlobal plastik çirklənməsi böhranını həll etmək üçün razılaşma ətrafında bir həftə gedən müzakirələr nəticə vermədi və danışıqları gələn il davam etdirmək qərara alındı. 100-dən çox ölkə plastika hasilatının məhdudlaşdırılmasına dair razılaşmaya gəlinməsini istəsə də, Hindistan, Səudiyyə Ərəbistanı, İran, Küveyt kimi ölkələr konsensusun əldə olunmasına imkan verməyiblər. Cənubi Koreyada həftə ərzində plastik çirklənməsi qlobal böhranının həlli üçün razılaşma üzərində işləyən danışıqçılar razılığa gələ bilməyiblər və danışıqları gələn il davam etdirməyi planlaşdırırlar. Onlar müqavilənin Yerdəki ümumi plastik miqdarını azaltmalı olub-olmadığı və plastikin istehsalında istifadə olunan toksik kimyəvi maddələr üzərində qlobal hüquqi nəzarətin qurulması məsələsində dalana dirəniblər.

Cənubi Koreyanın Pusan şəhərində keçirilən danışıqlar 2024-cü ilin sonuna qədər okeanlardakı plastik çirklənməsi də daxil olmaqla, ilk hüquqi məcburi müqavilənin hazırlanması üçün beşinci və son raund olmalı idi. Lakin razılıq əldə olunmayıb və danışıqçılar gələn il müzakirələri davam etdirməyə razılaşıblar. Səudiyyə Ərəbistanının nümayəndəsi bildirib ki, kimyəvi maddələr və plastik istehsalı müqavilənin əhatə dairəsinə daxil deyil. O, ərəb qrupu adından çıxış edərək bildirib ki, əgər dünya plastik çirklənməsi problemini həll edərsə, plastik istehsalı ilə bağlı heç bir problem olmamalıdır. Küveytin nümayəndəsi bunu təkrarlayaraq bildirib ki, məqsəd plastikin özünə deyil, plastik çirklənməsinə son qoymaqdır və mandatın ilkin təyinatından kənara çıxarılması etimad və xoş məramı sarsıdır. Cənubi Koreyanın xarici işlər naziri Cho Tae-yul bildirib ki, Pusanda çoxlarının ümid etdiyi razılaşmaya nail ola bilməsələr də, onların səyləri dünyanı qlobal plastik çirklənməsinə son qoymaq üçün vahid həllə yaxınlaşdırıb.

Digər iqlim tədbiri BMT-nin Bioloji Müxtəliflik haqqında Konferensiyası (COP16) Kolumbiyada keçirilib. Burada da maliyyə öhdəliklərinə dair razılığa gəlmək mümkün olmayıb və hətta səsvermə belə keçirilməyib, çünki nümayəndə heyətlərinin yarıdan çoxu tədbiri tərk edib. Nəticədə tədbir absurd şəkildə sona çatıb. Gözlənilir ki, COP16-nın davamı 2025-ci ilin fevralında Romada olacaq.

Lakin bu iki tədbirə qarşı hansısa bir kampaniya və yaxud tənqidi reaksiya oldumu? Xeyr. Sanki heç belə bir tədbirlər olmayıb. Halbuki, Bakıda keçirilən tədbirə qarşı Qərb mediasında ilk gündən, hətta əvvəl belə çirkin kampaniya başladıldı. COP29-un başlamasına iki gün qalmış Bakıya səfərini ləğv edən Avropa Komissiyasının rəhbəri, xanım fon der Lyayendən tutmuş, Norveç, Fransa kimi ölkələrin tədbirə siyasi don geyindirmək cəhdinin şahidi olduq. İqlim problemlərinin həllinə biganə yanaşan ABŞ, Avropa İttifaqı və onun əsas rupor dövləti Fransa növbəti dəfə göstərdilər ki, onlar üçün əsas olan siyasi maraqlardır, digər problemlər əhəmiyyət kəsb etmir. Fransa ilk gündən COP29-u, onun mahiyyətini bir kənara qoyub, tədbirin keçirildiyi Azərbaycanı hədəfə aldı. Bu da qərəz və ikili standartların bariz nümunəsi idi.

Tədbirin beynəlxalq, dünya üçün qlobal əhəmiyyətini vurğulamaq yox, onu aşağılamaq xətti əsas götürüldü. Süni maneələr yaradılmasına çalışıldı. Bu sırada Aİ-nin aparıcı dövlətlərindən olan Almaniyanın mövqeyi isə sadəcə qərəz və riyakarlığın pik həddi idi. Bu ölkənin xarici işlər naziri Annalena Berbokun COP29 konfransı adı altında Bakıdakı destruktiv fəaliyyətini qeyd etməmək olmur. Ermənistandan sonra Azərbaycana gələrək COP29-un iclaslarına qatılan Berbokun səsləndirdiyi bəyanatlar göstərdi ki, onu iqlim problemi yox, siyasi məsələlər maraqlandırır.

Bütün bunlar Avropa İttifaqının, Qərbin riyakarlığını, ikiüzlülüyünü, yaratdıqları bəşəri problemlərin, iqlim fəlakətinin məsuliyyətindən yayınmaq və bu məsuliyyəti digərlərinin üzərinə yıxmaq istəyini aydın göstərdi. Halbuki məhz onlar planetin əsas çirkləndiriciləri kimi iqlim fondlarının maliyyələşdirilməsində aparıcı rolu öz üzərlərinə götürməlidirlər. İqlim konfransında da xüsusi qeyd edildi ki, inkişaf etmiş ölkələr tarixən ətraf mühitin əsas çirkləndiriciləridir və məhz onlar iqlim problemlərinin həllinə əhəmiyyətli töhfə verməlidirlər.

Bəs bütün bu qərəzli yanaşmanın nəticəsi necə oldu? Azərbaycana qarşı təzyiqlər və geosiyasi ziddiyyətlərə baxmayaraq, COP29-da konsensusa nail oldu. Ən yüksək səviyyədə BMT Baş katibindən tutmuş ABŞ Prezidenti Cozef Baydenə qədər Azərbaycana təşəkkür edildi. Bütün bunlara baxmayaraq COP29-dan sonra ən müxtəlif dairələrdə ölkəmizə qarşı qərəz davam etdi və kampaniya səngiməyib. Yuxarıda qeyd olunan iki uğursuz beynəlxalq tədbirlər qarşı Qərb mediası, dövlətləri, siyasi dairələrindən heç bir reaksiyanın olmaması isə göstərir ki, Azərbaycana qarşı kampaniya sifarişli və ikili yanaşmanın bariz nümunəsi kimi qiymətləndirilməlidir.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://report.az
archiveBu xəbər 03 Dekabr 2024 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri