Icma.az
close
up
RU
Qərbin siyasi dairələri bəşəriyyətin gələcəyini xilas etmək əvəzinə Azərbaycanı qaralamaqla məşğuldur

Qərbin siyasi dairələri bəşəriyyətin gələcəyini xilas etmək əvəzinə Azərbaycanı qaralamaqla məşğuldur

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“COP 29 ərəfəsində Azərbaycana qarşı qərəzli mövqelərin davam etdirildiyini və əsassız ittihamların irəli sürüldüyünü biz müşahidə etdik. COP29-a qədər də ölkəmizə münasibətdə qərəzli mövqe, rəylər səsləndirildiyini, sərgiləndiyini müşahidə edirdik. Xüsusilə də, Azərbaycan öz tarixi torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra, xüsusilə də Qərb siyasi institutları tərəfindən Azərbaycana qarşı siyasi hücumlar təşkil edilməyə başlandı. Əsas məqsəd ondan ibarət idi ki, Cənubi Qafqaz regionunda Azərbaycanın iradəsi ilə yeni geosiyasi konfiqurasiyanın formalaşdırılması prosesinin qarşısı alınsın. Münaqişə vəziyyətinin regiondan kənar araşdırılması Qərb dairələrinin maraqlarına cavab vermirdi. Ona görə də onlar hər vasitə ilə Azərbaycanı ittiham edir, Azərbaycana qarşı qərəzli mövqelər səsləndirirdilər. Çünki keçmiş münaqişə vəziyyəti qərb institutlarına imkan verirdi ki, onlar Cənubi Qafqaz regionu üzərində öz təsirlərini saxlaya bilsinlər, mövcudluqlarını davam etdirsinlər. Amma bu mövcudluq destruktiv xarakter daşıyırdı. Region üçün təhlükəli idi”.

Siyasi elmlər doktoru, alim, politoloq Elşad Mirbəşiroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, münaqişə üzərindən təmin edilən maraqlar və münaqişə üzərindən təmin edilən mövcudluq sözsüz ki, regionun təhlükəsizliyi üçün ciddi təhdid idi: “Regionda sülhün əldə olunmasına çox ciddi maneə idi. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Cənubi Qafqaz regionunda yeni təhlükəsizlik mühitini formalaşdırdı və bundan sonra biz gördük ki, ölkəmizə qarşı aşkar qərəzli mövqelər səsləndirilməyə başlandı. Sözsüz ki, bu mövqelərin sərgilənməsinin davam etdirilməsi üçün müxtəlif və hadisələr istifadə olunurdu”.

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu

Politoloqun fikrincə, COP29-da Azərbaycana qarşı əsassız ittihamların davam etdirilməsi və qərəzli mövqelərin sərgilənməsi üçün bir alət kimi istifadə olundu: “Bu da ondan xəbər verir ki, ayrı-ayrı Qərb siyasi dairələri üçün bəşəriyyətin təhlükəsizliyi məsələsi heç bir əhəmiyyət kəsb etmir. Çünki BMT-nin COP29 tədbiri bir ölkənin və ya ölkələr qrupunun məsuliyyətini müəyyənləşdirmir. Bütün dünya dövlətləri iqlim dəyişmələri ilə mübarizədə öz imkanlarını səfərbər etməlidirlər, təşəbbüslərini sərgiləməlidirlər”.

Politoloq hesab edir ki, bəşəriyyəti qarşıda gözləyən bəlalardan qurtarmaq üçün hər bir dövlət öz üzərinə düşən öhdəliyi böyük məsuliyyətlə yerinə yetirməlidirlər.

“Yəni bu, ümumi bir məsuliyyət və ümumi bir problemdir. Təəssüflə qeyd etməliyik ki, növbəti dəfə Qərb siyasi dairələri üçün beynəlxalq ictimai rifah, beynəlxalq təhlükəsizlik məsələsi arxa plandadır. Onlar üçün əsas məsələ onların özlərinin marginal, ayrıca olaraq Cənubi Qafqaz üçün çox təhlükəli olan maraqlarıdır. Biz gördük ki, COP29-un da Azərbaycana qarşı istifadə olunması istiqamətində cəhdlər edildi, amma bu tədbir baş tutdu. Bu tədbirdə çox mühüm müzakirələr həyata keçirildi, çağırışlar edildi”-deyən Elşd Mirbəçir hesab edir ki, COP 29 çərçivəsində aparılan müzakirələr, qəbul edilən qərarlar, əldə olunan razılaşmalar bütövlükdə gələcəkdə həm yeni bir əməkdaşlıq istiqamətini formalaşdıracaq, həm də bəşəriyyəti iqlim dəyişmələrinin fəsadlarından effektiv şəkildə qoruya biləcəkdir. Belə ki, COP29 çərçivəsində yeni əməkdaşlıq istiqamətlərinin formalaşdığına dəlalət edən məqamlardan biri də ondan ibarət oldu ki, artıq Azərbaycan gələcəkdə Xəzər dənizinin dibi ilə yaşıl enerji ixracını həyata keçirmək imkanı əldə edəcəkdir. Azərbaycan Qazaxıstan, Özbəkistan sözügedən istiqamətdə razılaşma əldə etdilər. Buna qədər isə bildiyimiz kimi Qara dənizin dibi ilə Avropa enerji bazarına çıxacaq bir yaşıl enerji trafikinin yaradılması ilə bağlı razılaşma əldə olunmuşdu var. Bu da o deməkdir ki, birincisi Azərbaycan və digər iştirakçı ölkələr yaşıl energetika sahəsinin inkişafında maraqlıdırlar və bu sahənin daha sürətlə inkişaf etdirilməsi istiqamətində təsirli addımlar atacaqlar. İkinci məqam ondan ibarətdir ki, bu, müvafiq olaraq iqlim dəyişmələri ilə mübarizədə çox effektiv bir alət rolunda çıxış edəcək. Çünki ənənəvi enerji mənbələrinin istifadə olunmasını məhdudlaşdırdıqca müvafiq olaraq, ekologiyaya dəyən zərərlərin miqyası da azalacaq. Yaşıl energetika sahəsinin inkişaf etdirilməsi, müvafiq olaraq ekologiyanın yaxşılaşmasına xidmət edəcək və iqlim dəyişmələri ilə mübarizənin effektivliyini artıracaq. Bütün bunlar bir-birini çox dəqiqliklə tamamlayan komponentlərdir”-deyən Elşad Mirbəşir hesab edir ki, COP29 çərçivəsində belə komponentlərin formalaşdırması üçün iradə nümayiş etdirildi və resursların səfərbər olunacağı bildirildi.

Deputatın sözlərinə görə, bu da ona dəlalət edir ki, COP29 uğurla təşkil olundu. Elşad Mirbəşirin fikrincə, burada hansısa ölkələrin iştirak etməməsi ümumi mənzərəyə hər hansı bir xələl gətirmir: “Sadəcə olaraq, iştirak etməyən və yaxud COP29 üzərindən Azərbaycana hücumlar təşkil edən subyektlərin mahiyyətini bir daha nümayiş etdirmiş oldu”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Noyabr 2024 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see212

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see199

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see163

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see151

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see140

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see137

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri