Icma.az
close
up
RU
Qərbin Ermənistana himayədarlığı

Qərbin Ermənistana himayədarlığı

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Son zamanlar Ermənistana intensiv silah və hərbi yüklərin daşınması, rəsmi İrəvanın tez tez
ABŞ la birgə hərbi təlimlərdə iştirak etmə, müxtəlif Qərb ölkələri ilə hərbi əməkdaşlıq
müqavilələrinin imzalanması, itirilmiş Rusiya və KTMT kimi hərbi dayaqlar əvəzində yeni güc
mərkəzləri tapmaq və diplomatik münasibətlər qurmaq bir çox məsələni gündəmə gətirir -
Ermənistanın Azərbaycana qarşı yaxın gələcəkdə yenidən ərazi iddiaları qaldırması, hərbi
müdaxilə etməsi və təxribatlar törədib rəsmi Bakını sanksiyalar və qətnamələr hədəfinə
çevirməsi, Cənubi Qafqazda NATO nun dəstəklədiyi Ölkə olaraq Azərbaycan və Türkiyəyə
qarşı güc mərkəzi olmaq.
Ermənistanın Azərbaycanla sülh sazişinə çalışması da əslində pərdəarxası məqama diqqət
etməyi zəruri edir.
NATO nun 5 ci maddəsinə əsasən bu alyansa üzv olmaq istəyən ölkənin başqa bir ölkə ilə
ərazi münaqişəsi olmamalı, dövlət müharibə vəziyyətində statusu daşımamalıdır.
Ermənistan Parlamenti artıq Avropa İttifaqına üzvlük üçün xüsusi fəaliyyətə başlamışdır.
NATO nun sabiq Baş Katibi Anders Rasmussenin rəsmi İrəvana səfəri, sülh sazişi
məsələsində Azərbaycana tələb irəli sürməsi də əbəs yerə deyil - sülh sazişinin bağlanması
ilə NATO a Ermənistanı qəbul edib, həm Cənubi Qafqazda mövcud olmaq, həm də Rusiyaya
qarşı cənub sərhədlərində ABŞ - NATO bazaları yaratmaq.
Erməni lobbisinin fəaliyyəti də Qərb təşkilatlarının qərarlarında az rol oynamır.
Fransa, ABŞ kimi güc mərkəzlərində erməni lobbisinin sistemli və mütəşəkkil şəkildə
fəaliyyət göstərən qolları var və bu qruplar müxtəlif biznesmen, siyasi xadim və ziyalıları pul,
vəzifə kimi vasitələrlə anti Türkiyə və anti Azərbaycan məzmunlu fəaliyyətlərdə qərar qəbul
edənlər, təşkilatçı kimi istifadə edirlər.
Qərb təşkilatlarının Ermənistana dəstəyi məhz bu lobbinin və bu qrupların, şəxslərin
təşəbbüsü ilə də həyata keçirilir.
Qaldı ki, Zəngəzur dəhlizinin Qərbin nəzarətinə keçməsinə, bu dəhlizə nəzarətin bir neçə
geo politoloji əhəmiyyəti var
1) İran-Rusiya tranzit keçid yollarının nəzarətə keçməsi deməkdir.
İran və Rusiya arasında əsas yükdaşıma quru yolunun əsasən məhz zəngəzur dəhlizi və
Mehri rayonundan keçdiyi məlumdur.
digər tərəfdən, Yaxın Şərq və İrana nəzarət etmək üçün həm Zəngəzur dəhlizi həm də
ümumilikdə Ermənistan dayaq məntəqəsi rolu oynayır.
Çünki, burada yerləşdiriləcək hərbi bazalar ətraf regionun izlənməsini asan edəcək və İran
kimi Rusiyanın hərbi siyasi müttəfiqinin rəsmi Moskva ilə əməkdaşlığı nəzarət altında olacaq
həm də yaxın şərqdə hər iki hegemon ölkənin güclənməsinə müdaxilə edə biləcək.
2)Azərbaycan Türkiyə və Türk Ölkələrinin yaxınlaşması fonunda gələcəkdə Turan İttifaqı
qurula bilməsi ehtimalı halında Cənubi Qafqazda özünə strateji mövqe qurub, iqtisadi
yolları,keçidləri ələ almaq.
Hazırda, Ermənistanda erməni keşiş Baqrat Qalustanyanın başçılığı ilə milliyyətçi qüvvələr
tərəfindən tez tez mitinq və nümayişlər keçirilir. Bu İnsanın reallıqda, Rusiya ilə əlaqəli
olduğu və onun təsiri altında olduğu sirr deyil.
Rusiya bu şəxsdən istifadə edərək, Baş Nazir Paşinyanı devirmək və yerinə özünə bağlı
şəxsləri gətirmək və Qərbin hər hansı mövcudluğuna son qoymaq istəyir.
Azərbaycanla sülh sazişi imzalanarsa Ermənistan NATO a üzv ola bilər ehtimalına görə
Rusiya Baqrat Qalustanyan kimilərdən istifadə edərək daxili çaxnaşma yaradır.
Ermənistanın NATO a üzv olması əslində Azərbaycan üçün mənfi hadisə hesab edilə bilər
çünki, İrəvan bu dəfə NATO üzvü kimi və ittifaqdan dəstək alan ölkə kimi yenidən Ölkəmizə
qarşı ərazi iddiaları irəli sürə və təxribatlar törədə bilər.
Bu üzdən də, Azərbaycan üçün ən əlverişli hal Ermənistanın neytral ölkə olaraq qalmasıdır.
İsa İsmayılov, siyasi şərhçi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 Aprel 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see563

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see221

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see207

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see203

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see186

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see186

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see186

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see181

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see179

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see179

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see174

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see173

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see172

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see169

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see169

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see167

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see166

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri