Qətərin Baş naziri: Netanyahu Yaxın Şərqdə yenidən eskalasiyanı təhrik edir
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
İsrail hökumətinin rəhbəri Binyamin Netanyahu Yaxın Şərqdə gərginliyin artmasını ilk dəfə deyil ki, təhrik edir.
Xalqcebhesi.az xəbər verir ki, bunu Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani İsrail hərbçilərinin Livandakı əməliyyatlarını pisləyərək bəyan edib.
"Təəssüf ki, bu, Netanyahunun regionda eskalasiyanı təhrik etdiyi ilk hal deyil", — deyə o, "Al Jazeera" telekanalına müsahibəsində bildirib.
Qətər hökumətinin başçısı "atəşkəs dövründə bir neçə gün ərzində İsrail tərəfindən 100-ə yaxın livanlının öldürülməsini" qəbuledilməz adlandırıb. O vurğulayıb ki, "Livan torpaqlarının davam edən işğalına son qoyulmalı, Livanın suverenliyinə hörmət edilməlidir". Bununla yanaşı, Baş nazir qeyd edib ki, Vaşinqton "İsrailin Livandakı hərəkətlərinə münasibətdə düzgün rol oynayır".
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 22 İyun 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















