Icma.az
close
up
RU
Qətimkan tədbirinin seçilməsi ilə məhkəmə hökmü niyə səhv salınır? Hüquqi izah

Qətimkan tədbirinin seçilməsi ilə məhkəmə hökmü niyə səhv salınır? Hüquqi izah

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

İnsan həyatında baş verən neqativ hadisələrdə cəmiyyət bunu emosional şəkildə qınayır, dövlət isə qanunla reaksiya verir. Hadisənin düzgün araşdırılması və ədalətli qərar verilməsi üçün emosiyaları kənara qoyub, peşəkar şəkildə vəziyyəti qiymətləndirmək vacibdir.

Qaynarinfo xəbər verir ki, hüquq sahəsində ən kiçik söz və termin dəqiqliyi belə böyük əhəmiyyət daşıyır. Bir sözün yanlış başa düşülməsi, oxşar anlayışların qarışdırılması insanlarda çaşqınlıq yarada bilir. Cinayət hüququnda isə bu qeyri-dəqiqlik birbaşa insan taleyinə təsir edə bilər. Belə anlayışlardan biri də "həbs” sözüdür və çox vaxt fərqli mənalarda işlədildiyi üçün qarışıqlıq yaradır.

Həbs nədir?

Həbs – insanın azadlığının məhdudlaşdırılması deməkdir. Lakin bu məhdudlaşdırma fərqli mərhələlərdə fərqli məqsədlərlə tətbiq oluna bilər.

Həbs yalnız məhkəmə qərarı ilə tətbiq edilir.

1. Araşdırma dövründə həbs – müvəqqəti tədbirdir

Hadisə baş verdikdən sonra dövlətin əsas məqsədi onu törədən şəxsi tapmaqdır. Şəxs müəyyən ediləndən sonra belə suallar yaranır, həmin şəxs:

• Araşdırmanı pozmağa cəhd edə bilərmi?

• Qaça və gizlənə bilərmi?

• Sübutları məhv edə bilərmi?

• Başqa təhlükəli hərəkətlər edə bilərmi?

Əgər bu və qanunvericilikdə göstərilmiş digər risklər varsa, həmin şəxs müvəqqəti olaraq həbs edilir. Burada həbs cəza deyil, sadəcə araşdırmanın normal aparılması üçün şəxsin müəyyən müddət cəmiyyətdən kənar saxlanmasıdır.

Yəni bu mərhələdə həbs — qətimkan tədbiridir, məqsəd isə araşdırmanı qorumaqdır, şəxsi cəzalandırmaq deyil.

2. Məhkəmə hökmündən sonra həbs – cəzanın icrasının təmin edilməsi

Araşdırma bitdikdən sonra iş məhkəməyə göndərilir. Məhkəmə sübutlara baxır və şəxsin təqsirini müəyyən edəndən sonra ona cəza təyin edir. Əgər təyin olunan cəza azadlıqdan məhrumetmədirsə, bu zaman şəxs hökmü icra etmək üçün həbs olunur.

Bu mərhələdə həbsin məqsədi artıq tamam başqadır-məhkəmənin verdiyi cəzanı icra etməkdir. Burada şəxs müvəqqəti yox, islah olunmaq üçün cəmiyyətdən təcrid edilərək həbs olunur.

Vacib suallardan biri də budur ki, iki həbs tədbiri bir-biri ilə əlaqəlidirmi?

Cavab-xeyr, əlaqəli deyil:

• İstintaq zamanı, araşdırma dövründə həbs edilməmək,

aparılan işin yekununda şəxsin cəzalandırılmaq üçün həbs edilməyəcəyi anlamına gəlmir.

• Əgər məhkəmə onun təqsirini sübut edərsə və cəza olaraq azadlıqdan məhrumetmə təyin edilərsə, bu cəzanın icra edilməsi üçün şəxs həbs ediləcək.

Yəni:

İstintaq zamanı həbs olunmamaq – sonradan həbs edilməyəcəyi demək deyil.

Nəticə

Bir ifadə olaraq "həbs” iki fərqli mərhələdə iki fərqli məqsəd üçün tətbiq olunur:

1. İstintaq dövründə həbs – araşdırmanın təhlükəsizliyi üçün müvəqqəti tədbir.

2. Məhkəmə hökmü ilə həbs – təqsir sübuta yetiriləndən sonra cəzanın icrasının təmin edilməsidir.

Bu iki həbs arasında hüquqi əlaqə yoxdur və biri digərinə təsir etmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri