Məhkəmə tiktoker Vüqar Zeynalzadə haqqında qərar verdi Həbs qətimkan tədbirinin müddəti uzadılıb
Icma.az, Mia.az portalına istinadən məlumat verir.
“Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadənin barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Bakı şəhər Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, Vüqar Zeynalzadənin həbs müddəti 1 ay müddətinə uzadılıb.
Xatırladaq ki, Vüqar Zeynalzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, V. Zeynalzadə "TikTok"da əxlaqsızlığın təbliğinə qarşı polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb(APA)

Sabiq icra başçısının həbs müddəti uzadılıb Məhkəmə qərar verdi
14 Oktyabr 2025 17:05
Məhkəmə tiktoker Aysel Mustafayeva haqqında həbs qərarı verib
29 Avqust 2025 18:04
Tiktoker məhkəmə zalında HƏBS EDİLDİ
27 Dekabr 2024 23:27
Ermənistanda məhkəmə arxiyepiskop Baqrat Qalstanyan haqqında həbs qətimkan tədbiri seçib
26 İyun 2025 03:36
Məhkəmə Azər Qasımlı barəsində qərar verdi Həbs müddəti uzadıldı
03 Aprel 2025 11:29

