Qətl törədən iki dostun məhkəməsi keçirildi
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Qətl və xuliqanlıq törətməkdə ittiham olunan Natiq İmamcanov və Afiq Hacıəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid qismində dindirilən Şəfəq Əliyeva bildirib ki, hadisədən bir neçə gün öncə oğlu ilə çörək almağa gedibmiş: "Qayıdanda oğlumun çiyninə bir nəfər dəydi, bu mübahisəyə səbəb oldu. Oğlumu tutub özümlə apardım. Bir neçə gün sonra digər oğlum evə gəlib dedi ki, məsələ böyüyüb və qardaşımın üstünə adam göndərəcəklər.
Hadisə günü martın 8-i oğlum dedi ki, ana, gedirəm mağazaya, oradan da oyun oynamağa gedəcəm. Üstündən yarım saat sonra kürəkənim qızıma zəng edərək Turanın bıçaqlandığını dedi. Hadisə yerinə qaçaraq getdik, qışqırıq səsləri gəlirdi. Afiqi gördüm, əlində bıçaq qan içində idi. Mənə dedi, get oğluna bax. Natiq isə üzərimə aqressiya ilə gəlirdi. Dedi ki, ölməyə layiq idi. Natiq oraya hazırlıqlı vəziyyətdə gəlmişdi. Mənim oğlumun ölümündə o günahkardır".
Növbəti məhkəmə prosesi aprelin 1-nə təyin edilib.
Qeyd edək ki, ötən il Bakı ərazisində Afiq Hacıəliyev mübahisə zəmnində tanışı Turan Əliyevi bıçaqla qətlə yetirib.
Hadisə baş verən günü tanışı Natiq İmamcanovla birlikdə olan Afiq Hacıəliyev təqsirləndirilən şəxs qismində məsuliyyətinə cəlb olunub.
Afiq Hacıəliyevə qarşı cinayət məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), Natiq İmamcanova isə 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 04 Mart 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















