Qeybət edənlərin gizli xüsusiyyətləri Maraqlı araşdırma
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yeni araşdırma tez-tez qeybət etmək meyli ilə müəyyən şəxsiyyət xüsusiyyətləri arasında əlaqə olduğunu üzə çıxarıb.
Turkustan.az xəbər verir ki, “Behavioral Sciences” jurnalında dərc olunan tədqiqatda xüsusilə psixopatik xüsusiyyətlərin həm qeybətin tezliyi, həm də başqaları haqqında mənfi danışmaq meyli ilə daha güclü əlaqəli olduğu müəyyən edilib.
Tədqiqatçılar insanların qeybət vərdişləri ilə psixologiyada “Qaranlıq Dördlük” adlandırılan dörd şəxsiyyət xüsusiyyəti — narsisizm, Makiavellianizm, psixopatiya və sadizm arasındakı əlaqəni araşdırıblar.
Nəticələr göstərib ki, bu xüsusiyyətlərin hər biri daha tez-tez qeybət etməklə əlaqəlidir. Lakin ən güclü əlaqə psixopatik xüsusiyyətlərdə müşahidə olunub. Bu xüsusiyyətlər başqalarının nüfuzuna xələl gətirməyə yönələn zərərli qeybətlə də əlaqələndirilib.
Araşdırmada başqalarının əzabından və ya alçaldılmasından zövq alma meyli kimi xarakterizə edilən sadizmin də zərərli qeybətlə əlaqəsi müəyyən edilib.
Makiavellianizm xüsusiyyətləri daha qabarıq olan şəxslərin isə qeybətdən müxtəlif məqsədlərlə istifadə edə bildikləri müşahidə olunub. Buraya məlumat toplamaq, başqalarının fikirlərini öyrənmək və sosial münasibətləri idarə etmək daxildir.
Beləliklə, tədqiqat qeybətin yalnız sosial ünsiyyət vasitəsi olmadığını, bəzi hallarda insanların şəxsiyyət xüsusiyyətləri və başqalarına münasibəti ilə də əlaqəli ola biləcəyini göstərir.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 22 Oktyabr 2026 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















