Icma.az
close
up
RU
Qeyri formal işləyən şəxslər də tibbi sığorta ödənişi edəcəklər AÇIQLAMA

Qeyri formal işləyən şəxslər də tibbi sığorta ödənişi edəcəklər AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"Son dövrlərdə tibbi xidmətlərin əlçatanlığının azalması və davamlı bahalaşması icbari tibbi sığortanın vətəndaşları müvafiq risklərdən qorumaqda vacib olduğunu göstərir. Həm dövlət, həm də özəl sektor artıq bu sığorta növünün əhatəsini genişləndirir və bunun insanların sağlamlığı üçün əhəmiyyətini artırır. Mütəxəssislər bildirirlər ki, icbari tibbi sığorta əhalinin bütün sosial qruplarına aid olmalıdır".
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib. 
"Dünyada müxtəlif modellər mövcuddur. Sığorta haqqının ödənilməsi həm dövlət tərəfindən subsidiyalaşdırıla bilər, həm də işləyən və sahibkarlıq fəaliyyəti göstərən şəxslər öz gəlirlərindən ödəyirlər. Alternativ mexanizmlər isə işsiz və ya qeyri-formal fəaliyyət göstərən şəxslərin də sığorta öhdəliklərini təmin etməyə imkan verir.
Azərbaycanda əsas problemlərdən biri qeyri-formal əmək və sahibkarlıq fəaliyyətinin geniş yayılmasıdır. Bu səbəbdən böyük bir sosial qrupun sığorta yükü dövlətin üzərinə düşür. Hökumət bu yükü azaltmaq üçün müxtəlif addımlar atır və müvafiq maliyyə siyasətində dəyişikliklər tətbiq olunur".
O bildirib ki, işləyən və minimum əmək haqqı alan şəxslərin sığorta haqqı avtomatik tutulur, lakin qeyri-formal sektor iştirakçıları bu sistemə daxil edilmir:
"Bununla belə, bu şəxslər də sığorta ödənişlərini edərək xidmətlərdən faydalana bilərlər və bu, ədalətin təmin olunması baxımından önəm daşıyır.Eyni zamanda, işsiz şəxslərin bir qismi dövlət xidmətlərinə etimad etmədiyi üçün qeydiyyatdan keçmir. Hökumət bu məsələni həll etmək üçün təşəbbüslər göstərir və vətəndaşlara tövsiyə olunur ki, işsiz kimi qeydiyyatdan keçərək icbari tibbi sığorta ödənişlərindən faydalansınlar. Bu, həm sanksiyalardan qorunmaq, həm də dövlət xidmətlərindən düzgün istifadə etmək imkanı verir".
Ekspert deyib ki, sığorta ödənişlərinin vaxtında həyata keçirilməsi və işsiz kimi qeydiyyat bu sahədə daha ciddi zərərlərin qarşısını almaq üçün effektiv vasitədir.
Qeyd edək ki, yeni qaydaya əsasən qeyri-formal işləyən şəxslər də icbari tibbi sığorta üçün ödəniş edəcəklər. 
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Noyabr 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri