Icma.az
close
up
RU
Qeyri formal məşğulluğu olanlardan sığorta haqqı istəmək absurddur! Hüquqşünas

Qeyri formal məşğulluğu olanlardan sığorta haqqı istəmək absurddur! Hüquqşünas

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsi bağlanmadan və ya hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qanunvericiliklə qadağandır. Yəni şəxslər əmək münasibətlərinə cəlb edilirsə, bu zaman mütləq əmək müqaviləsi bağlanmalıdır. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsi qeyri-formal məşğulluq hesab olunur.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, qeyri-formal məşğulluğun əsas meyarı əmək müqaviləsinin mövcud olmamasıdır.

“Əgər işçi işə başlamazdan əvvəl onunla qanunvericilikdə  nəzərdə tutulmuş qaydada  əmək müqaviləsi bağlanmayıbsa həmin məşğulluq qeyri-formal sayılır.

Bununla yanaşı, əmək müqaviləsi bağlanılmadan şəxsin işə cəlb edilməsi nəticəsində işçinin minimum əməkhaqqı, məzuniyyət, pensiya təminatı, sığorta və digər hüquqları təmin olunmur”.

Saytımıza açıqlamasında məsələyə aydınlıq gətirən iqtisadçı, hüquqşünas Əkrəm Həsənov bildirib ki, qeyri-formal məşğulluq o deməkdir ki, şəxs qanunsuz gəlir əldə edir, fəaliyyəti rəsmi şəkildə qeydiyyata alınmır.

“Məsələn, repetitor repetitorluq fəaliyyəti göstərir, vətəndaşlardan uşaqları hazırladığına görə pul alır, amma nə vergi ödəyir, nə də rəsmi işləyir. Yaxud kimsə restoranda ofisiant kimi çalışır, amma qeyri-rəsmi, əmək müqaviləsi olmadan. Bunların hamısı qeyri-formal məşğulluğa aiddir. Qısaca, nə əmək müqaviləsi, nə də mülki-hüquqi müqavilə bağlanır və nəticədə vergi də ödənilmir”.

"İndi dövlət deyir ki, bu şəxslər icbari tibbi sığorta haqqını onlar özləri ödəməlidir. Bu, sadəcə olaraq absurddur. Dövlət həmin şəxsləri müəyyən edə bilir ki, onlardan sığorta haqqı tələb etsin? Onsuz da həmin şəxslər vergi ödəmir, bu fəaliyyəti də elə vergidən yayınmaq üçün edirlər. Yəni bu, çox məntiqsiz bir yanaşmadır. Bunu qanunda yazılıb, amma kim gedib deyər ki, “mən qeyri-formal məşğulluqla məşğulam, qanunsuz işləyirəm, vergidən yayınmışam?” Heç kim bunu etmir”,- deyə o, vurğulayıb.

Hüquqşünas hesab edir ki, böyük ehtimalla gələn ildən dövlət qurumları, xüsusən də Vergi Xidməti bu məsələ ilə bağlı nəzarəti gücləndirəcək:

“Nümunə olaraq, kiminsə bank hesabına mütəmadi olaraq pul daxil olur - deyəcəklər ki, deməli, bu şəxs sahibkarlıq fəaliyyəti göstərir. Yaxud əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılmasını istəyən şəxsə sual verə bilərlər ki, mağazalardan bu qədər malı hansı pulla almısan? Çünki həmin adamın heç yerdə rəsmi işi yoxdur. Bu da onlarda belə bir qənaət yarada bilər ki, şəxs qeyri-formal məşğuldur”.

Ə.Həsənov diqqətə çatdırıb ki, biliyi və hesabatlılığı olan adam bu suallara cavab tapa bilər:

 “Kartıma pul gəlir, çünki qohumlarım köçürür”, “kimsə mənə borc qaytarıb”, “özüm pul yığmışam”, “gedib pul çıxarıb xərcləyirəm” və s. Bunların heç biri qeyri-formal məşğulluq əlaməti deyil. Amma vergi orqanları bunu belə yozmağa meyilli ola bilərlər.

Ümumilikdə isə qeyri-formal məşğulluğu üzə çıxarmaq çox çətin məsələdir. Bir də üstəlik, həmin şəxslərdən gedib icbari tibbi sığorta haqqı tələb etmək - bu, daha da absurddur”,- deyə hüquqşünas qeyd edib.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən verilən məlumata görə, əmək müqaviləsi bağlanmadan işləyən bütün şəxslər, istər xidmət, istərsə də fiziki əmək göstərən işçilər qeyri-formal məşğul hesab olunurlar. Bu, həm müəssisələrdə, həm fərdi sahibkar yanında, həm də müxtəlif xidmət sahələrində işləyən şəxslərə şamil olunur:

“Qeyd edirik ki, işçilər əmək münasibətlərinə başlamazdan əvvəl əmək müqaviləsinin bağlanmasını tələb etməlidirlər. Əks halda, onlar minimum aylıq əməkhaqqı, məzuniyyət, pensiya təminatı, əmək qabiliyyətinin itirilməsinə görə müavinət, peşə xəstəlikləri və bədbəxt hadisələrə görə sığorta, iş yerinin və orta əməkhaqqının saxlanması kimi bir çox hüquqlardan məhrum ola bilərlər”,- rəsmi qurumun məlumatında deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Dekabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see494

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see222

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see207

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see203

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see196

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see193

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see186

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see182

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see179

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see168

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see150

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see148

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri