Qeyri formal məşğulluğun qarşısının alınması üçün qanunvericilikdə nəzərdə tutulan imkanlar və sanksiyalar müzakirə olunub
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Gəncə, 1 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
“AzərBlast” MMC-də Gəncə şəhəri üzrə Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti görüşü baş tutub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Məşğulluq filialının, Dövlət Sosial Müdafiə Fondu PHŞ-in Gəncə-Daşkəsən Regional filialının, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən Regional şöbəsinin, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (DİİXİHİ) Gəncə Şəhər Komitəsinin, Gəncə şəhər ərazisində yerləşən bələdiyyələrin və “AzərBlast” MMC-nin əməkdaşları iştirak ediblər.
Toplantıda qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində qanunvericilikdə nəzərdə tutulan imkanlar və sanksiyalar ətrafında müzakirələr aparılıb.
İclasda işsizliyin azaldılması məqsədilə işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə, qısa müddətdə əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında peşə hazırlığının əhəmiyyətindən danışılıb.


