Icma.az
close
up
RU
Qeyri müəyyənlik İrəvanı dalanda saxlayır

Qeyri müəyyənlik İrəvanı dalanda saxlayır

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pulu Rusiyadan, silahı Fransadan alan Ermənistan nəyə ümid bəsləyir?

Görünən odur ki, rəsmi İrəvanın reallığa adekvat olmayan davranışları hakimiyyətin həm daxildəki, həm də xaricdəki siyasi mövqelərinə ciddi ziyan vurmaqdadır. Baş nazirin saxta sülh ritorikası inandırıcılıq əmsalını itirdiyi kimi, gah Qərbin, gah da Rusiyanın ünvanına dediyi “strateji müttəfiqlik” tezisləri də göydən asılı qalıb. Bunu İrəvana səfərləri intensivləşmiş rəsmi qonaqların sonrakı qırımından da görmək mümkündür.

Misal üçün, Ermənistanda rəsmi səfərdə olan Rusiya XİN-in başçısı Sergey Lavrovun açıqlamaları təkcə ölkə daxilində deyil, xaricdə də əhəmiyyətli dərəcədə ajiotaj yaradıb. Bunun da səbəbi məlumdur: Ermənistan hakimiyyəti son vaxtlar həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda Avrasiya vektorundan mümkün qədər uzaqlaşmanın israrlı istəyini nümayiş etdirir. Məhz bu kontekstdə, bir növ, özünəməxsus “sensasiya” baş verdi. Məsələ, ümumiyyətlə, Rusiyanın baş diplomatının bəyanatlarında deyil, onun erməni həmkarı Ararat Mirzoyanın Paşinyan və komandasının apardığı anti-Avrasiya siyasətinə zidd bəyanatlarındadır. A.Mirzoyan vurğulayıb ki, İrəvan Rusiya ilə müttəfiqlik münasibətlərinin formatına yenidən baxmaq niyyətində deyil. Ermənistanın Aİ-yə üzv olmaq istəyindən danışan hay nazir bildirib ki, ölkə bununla bağlı heç bir rəsmi müraciət etməyib: “Ermənistan Avropa İttifaqına daxil olmaq üçün müraciət etməyib, bu istiqamətdə danışıqlar aparılmır və müvafiq olaraq, bu mövzu İrəvan üçün aktual deyil”.

Onun ardınca iqtisadiyyat naziri Gevorq Papoyan öz növbəsində qeyd edib ki, “Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür və bu ittifaqdan çıxmaq planı yoxdur”. Maraqlıdır ki, bu zaman onlar vacib bir məqama – hökumət komandasının təşəbbüsü ilə Ermənistanın “Avropa yolunun başlanması” haqqında qanunun qəbulu barədə “nəzakətlə” susurlar. Fəqət, xarici siyasət idarəsinin rəhbərinin bəyanatı kifayət qədər yüksək tonda səsləndi. Məsələyə yanaşmada hakimiyyətdaxili fikir ayrılığı, qeyri-müəyyənlik göz qabağındadır.

Bəs, “məxməri” hökuməti gözlənilmədən Rusiyaya təzim etməyə vadar edən nədir? Ekspertlər hesab edirlər ki, səbəb Nikol Paşinyanın bu yaxınlarda Avropa Siyasi Birliyinin sammitinin keçirildiyi Albaniyanın paytaxtı Tiranaya səfəri ilə bağlıdır. Görünür, “Rusiyadan qopmaq” planının həyata keçirilməsi kontekstində Paşinyan ümid etdiyi dəstəyi avropalılardan almayıb.

Sonra “İrəvan dialoqu - 2025” forumu keçirildi. Fransanın xarici işlər naziri Jan-Noel Barro İrəvana gəldi və Ermənistan və Fransa XİN-ləri arasında “Niyyət Bəyannaməsi” imzalandı. A.Mirzoyan fransalı həmkarı ilə görüşündən sonrakı mətbuat konfransında bəyannamənin əməkdaşlığın dərinləşdirilməsini, siyasi məsləhətləşmələrin aparılmasını, diplomatik missiyalar arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsini nəzərdə tutduğunu bəyan etdi. Üstəlik, Ermənistanla Fransa arasında münasibətlərin, əslində, “strateji səviyyədə” olduğunu, hətta ikitərəfli əlaqələr “elə sahələri əhatə edir ki, strateji əməkdaşlıq haqqında sənədi olan digər ölkələrdə bu, yoxdur” dedi. Buna cavab olaraq münasibətlərin böyük ölçüdə strateji xarakter daşıdığını etiraf edən Jan-Noel Barro gələcəkdə hərbi sahədə atılacaq addımları əks etdirən yeni sənədin hazırlanacağını da vurğuladı.

***

Nikol Paşinyanın siyasətindəki bu ritorik dönüşlər nədən xəbər verir? Tamhüquqlu Ermənistan–Rusiya dialoqunun bərpasından, yoxsa Parislə strateji münasibətlərin gücləndirilməsi istiqamətində atdığı addımlardan? Biz yəqin Ermənistan hakimiyyətinin əvvəl bir tərəfə, sonra isə digər tərəfə necə “yellənəcəyinin” bir daha şahidi olacağıq. Paşinyanın qərbyönlü addımları fonunda Moskva İrəvanla münasibətlərinə ciddi şəkildə yenidən baxmağa başladı və hakim erməni elitası bu “zərbəni” dərhal pul kisəsində hiss etdi. Bu kəsim anladı ki, xəsis avropalı siyasətçilərlə dostluq etmək cəhdi Paşinyan rejiminə gözlənilən dividendləri gətirmədi. Paris və Brüssel İrəvana çox şey vəd etsə də, verdiklərindən çox tələb edirlər. Beləliklə, rəsmi İrəvanın merkantil seçimi göz qabağındadır. Nəzərə alaq ki, 2026-cı ilin yayında Ermənistanda parlament seçkiləri planlaşdırılır və bu, Paşinyan rejimi üçün ən ciddi və ağrılı sınaq olacaq.

Aİ-nin sifarişi ilə Moskva ilə qarşıdurmanı davam etdirmənin tam ağılsızlıq və intihara bərabər olduğunu anlayan Paşinyan “eyni vaxtda iki stulda oturmaq” taktikasından heç cür əl çəkə bilmir. Rəsmi İrəvanın davranışları həm də ondan xəbər verir ki, nəhayət, qlobal siyasi tendensiyanı qavrayıb və Avropanın “topal atına” minmək qərarının yanlışlığını başa düşüb. Həm də ona baha başa gələ biləcək Paris və Brüsselin maraqlarına kor-koranə xidmət etməkdən vaz keçmək barədə düşünür. Bəli, Ermənistan hazırda yol ayrıcındadır. İndi Moskva “kollektiv Qərb”ə qarşı mübarizədə mütləq deyil, nisbi qalibiyyət qazandığından Ermənistan rəhbərliyi çətin duruma düşüb. İrəvan son 30 ildə Rusiyanın yedəyində yol gedirdi, amma sonra kəskin dönüş baş verdi. Doğrudur, Moskva buna dözdü, sərt təsir rıçaqlarından istifadə etmədən diplomatik manevrlərə üstünlük verdi.

S.Lavrov Ermənistana səfərindən sonra münasibətlərdə “fundamental problemlər” olmadığını bəyan etdikdə, bu, heç də o demək deyil ki, problem, həqiqətən də, yoxdur. Əksinə, bu, o deməkdir ki, Moskva özünün buraxdığı “sualtı qayıqdan” Ermənistanın heç bir yerə getməyəcəyinə əmindir. Kreml İrəvanın, sadəcə olaraq, onunla münasibətləri bərpa etməkdən başqa yolunun qalmadığını da yaxşı bilir və dəyərləndirir. Hər iki tərəf onu da gözəl anlayır ki, Ermənistanın üzvü olduğu Avrasiya İqtisadi İttifaqı ona maksimum gəlir gətirir. Ölkə əhalisi Rusiyadan gələn pul köçürmələrindən birbaşa asılıdır. Bu baxımdan, A.Mirzoyanın Ermənistanın Aİ-yə daxil olmağı planlaşdırmaması ilə bağlı bəyanatının siyasi diletantlar üçün nəzərdə tutulduğunu deyə bilərik. Axı, Ermənistan Aİ-də kimə lazımdır? Bu quruma üzvlük növbəsini gözləyənlər var: Türkiyə və başqaları...

“Avropa yolu” ilə bağlı keçirələcək referendum da heç nəyi həll etməyəcək. O halda da Hayastanı Aİ-yə qəbul etməyəcəklər. Ona görə də İrəvan indi bir neçə stulda oturmağa çalışır. İntəhası, Moskva–İrəvan dialoqunun bərpası qaçılmazdır. Eyni zamanda, Ermənistan başqa ölkələrlə də münasibətlər qura bilər, amma bu, heç bir halda Rusiya ilə müttəfiqliyinə zərər verməməlidir. Əks təqdirdə ölkənin dövlətçiliyi təhlükə altında olacaq.

Özünü siyasi dalana dirəmiş İrəvan tərəddüd edir, vurnuxur, dəyişən qlobal mənzərəyə uyğunlaşmaq üçün xarici siyasət xətləri arasında manevrlər edir. Kiçik ölkələr həmişə güclülərin kölgəsinə sığınıblar. Burada söhbət əsrlər boyu erməni xalqının kimliyini qoruyub saxlamağa kömək edən dövlətdən – Rusiyadan gedir. Əgər Ermənistanın Rusiya ilə münasibətləri yaxşılaşdırmaqdan başqa yolu yoxdursa, bu, dinc dialoq üçün perspektivlər yaradacaq. Fransa ilə “strateji tərəfdaşlıq” haqqında deyilənlər isə gəlişigözəl sözlərdir. Ermənistana pul, əsasən, Rusiyadan gəlir, Fransanın hərbi yardımı isə “xüsusi missiyaya” xidmət edir. Kiçicik bir böhran yarandıqda Ermənistan Türkiyə və Azərbaycana möhtac qalacaq.

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq

– Ermənistan baş nazirinin indiki durumu həm çox qəliz, həm də mürəkkəbdir. Mürəkkəbliyi ondan ibarətdir ki, daxildə reytinqi hər gün aşağı enməkdədir. Digər reallıq ondan ibarətdir ki, ölkənin bir sıra şəhər və rayonlarında Paşinyana müxalif qüvvələrin təmsilçiləri rəhbər vəzifələrə seçiliblər. Bu, baş nazir üçün narahatedici məqamdır. Eyni zamanda, onu da başa düşür ki, Rusiyadan tam ayrıla bilməz. Çünki uzun illərdir ki, Rusiya ilə Ermənistan arasında möhkəm bağlar formalaşıb. Hayastan bu müddətdə həmişə Kremlin əlaltısı, “maşa”sı olub. Bu gün də elədir. Paşinyan yaxşı bilir ki, Moskva Ermənistanın daxilindəki bəzi qüvvələri, fiqurları “dirildib”, yenidən hakimiyyətə gətirə bilər. Keşişlər, “eks”lər, daşnak-revanşistlər bu qüvvələrdəndir. Son vaxtlar “Qarabağ klanı”nın nümayəndələri fəallaşıblar.

Bəli, belə vəziyyətdə Paşinyan çapalayır. Əsas problemi odur ki, konkret mövqe tutmaq imkanı da yoxdur. Onu da anlayır ki, Azərbaycanla sülh müqaviləsi bağlamalı, Türkiyə ilə münasibətləri normallaşdırmalı, sərhədləri açmalıdır. Çıxışlarında sülh sazişini imzalamağa hazır olduğunu təkrarlayır. Baxmayaraq ki, sazişin imzalanması üçün şərtlərin tam yetişmədiyini də başa düşür. Paşinyan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı qanunvericiliyini mütləq şəkildə dəyişdirməli olduğunu da yaxşı bilir. Onun bu gün sərgilədiyi mövqe müvəqqəti xarakter daşıyır. Gec-tez real, sağlam mövqeyini ortaya qoymalıdır.

Əgər daxildəki vəziyyətə nəzarət etməyə gücü çatmırsa, könüllü şəkildə postunu tərk etsin. Amma onun hakimiyyətdən bərk yapışaraq Fransaya söykəndiyini, Avropa İttifaqına daxil olmaq istədiyini görürük. Yəni Paşinyanın ikibaşlı, qeyri-müəyyən siyasi davranışları Hayastana yaxşı heç nə vəd eləmir. Əgər, o, bölgədə sülhün və təhlükəsizliyin bərpa olunmasını istəyirsə, Bakının irəli sürdüyü şərtləri yerinə yetirməli, bundan sonra sülh sazişini imzalamalı və dünya ilə münasibətləri sahmana salmalıdır. Əks-təqdirdə, post-sovet məkanında, Avrasiyada baş verən hadisələrin ən pis ssenarisinə hazır olmalıdır.

İmran BƏDİRXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 May 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri