Qeyri neft qaz daxilolmaları artıb
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2026-cı ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 13 milyard 630,4 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 913,4 milyon manat çoxdur. Vergi daxilolmaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 174,6 milyon manat və ya 9,4 faiz artıb.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, hesabat dövründə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 10 milyard 332,6 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 292,6 milyon manat vəsait ödənilib. Ötən ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 1 milyard 159,3 milyon manat və ya 12,6 faiz artıb.
Cari ilin 9 ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 59,7 milyon manat təşkil edib, proqnozdan əlavə 267,2 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 3 milyard 401,6 milyon manatdan çox olub.
Yanvar-sentyabr aylarında işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 179,9 milyon manatdan çox olub, proqnozdan əlavə 8 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 139,5 milyon manata yaxın təşkil edib.
Hesabat dövründə icbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 758,8 milyon manata çatıb, büdcəyə proqnozdan əlavə 18 milyon manat vəsait daxil olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 507 milyon manata yaxın təşkil edib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 08 Oktyabr 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















