Icma.az
close
up
RU
Qeyri neft qaz sektorunda istehsal artıb

Qeyri neft qaz sektorunda istehsal artıb

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 57,5 milyard manatlıq məhsul istehsal edib. Neft-qaz sektorunda istehsal 2,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,8 faiz artıb.

Sənaye məhsulunun 60,6 faizi mədənçıxarma sektorunda, 33 faizi emal sektorunda, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,7 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 94,9 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 60,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 49,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 27,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,7 faiz, tütün məmulatlarının istehsalı 13,2 faiz, qida məhsullarının istehsalı 9,8 faiz, neft məhsullarının istehsalı 9,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,7 faiz artıb, içkilərin istehsalı 1,6 faiz, tikinti materiallarının istehsalı 3,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 4,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 8,6 faiz, maşın və avadanlıqların istehsalı 8,7 faiz, hazır metal məmulatlarının istehsalı 9,7 faiz, mebel istehsalı 10 faiz, elektrik avadanlıqlarının istehsalı 11,2 faiz, poliqrafiya məhsullarının istehsalı 18,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 19,9 faiz, geyim istehsalı 20 faiz, kağız və karton istehsalı 26,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 33,9 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,3 faiz artıb.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri