Icma.az
close
up
RU
Qeyri neft sektorunda 5 aylıq ixrac 1 milyard dollar

Qeyri neft sektorunda 5 aylıq ixrac 1 milyard dollar

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Ölkəmizdə ümumi iqtisadi artımın əsas hissəsi neft – qaz strategiyasının uğurlu nəticələri hesabına gerçəkləşsə də, son illər qeyri – neft sektoru üzrə də xüsusi fəallıq nəzərə çarpır. Bu da Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən ardıcıl, məqsədyönlü layihələrin məntiqi nəticəsidir. 2010-cu ildə respublikamızın qeyri – neft sektorunda 18,4 milyard manatlıq məhsul istehsal olunduğu halda, 2024-cü ildə bu göstəricinin 85 milyard manatı ötməsi də məhz həmin fikrin bariz ifadəsidir.

Bu sahədə artım tendensiyası 2025-ci ilin I rübündə də müşahidə olunub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar – mart aylarında Azərbaycanda 29 milyard 893 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bunun da 20 milyard 103 milyon manatı qeyri – neft-qaz sektorunun payına düşüb. Rüb ərzində ölkə üzrə qeyri – neft – qaz ÜDM-i əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,5 faiz artıb.

Ölkənin qeyri – neft – qaz sahələrinin inkişaf etdirilməsinin uğurlu nəticələri ixrac əməliyyatlarında da özünü qabarıq şəkildə büruzə verir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyun sayına əsasən, cari ilin yanvar – may aylarında ölkəmizin qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz artaraq 1,4 milyard dollara yüksəlib. Hesabat dövründə yeyinti məhsulları üzrə ixrac 14,4 faiz artaraq 417,7 milyon dollara bərabər olub.

İcmala görə, 5 ayda ixrac olunan kimya sənayesi məhsulları ötən ilin müvafiq dövrünə nəzərən 46,8 milyon dollar və ya 45,9 faiz, şəkər 3 milyon dollar və ya 30,1 faiz, pambıq iplik 1,3 milyon dollar və ya 14,5 faiz, meyvə tərəvəz 48 milyon dollar və ya 19,1 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 3,8 milyon dollar və ya 11,3 faiz artıb.

Qeyd olunan dövrdə ixrac olunan aqrar məhsullar 17,2 faiz artaraq 331,2 milyon dollara, aqrar – sənaye məhsulları 5,9 faiz artaraq 115,6 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14 faiz artaraq 446,7 milyon dollara yüksəlib.

Kənd təsərrüfatı məhsullarının ixracı sahəsində yüksək göstəricilərin əldə edilməsi təsadüfi deyil. Belə ki, son illər Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayığısı ölkədə yeyinti məhsullarının istehsalının artması ilə müşayiət olunur. Bu da ixrac strukturunda bu növ məhsulların payının çoxalmasına gətirib çıxarır. Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin yanvar-aprel aylarında ölkəmizdən 300,1 milyon dollarlıq yeyinti məhsulları ixrac olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz çoxdur. İlin ilk 4 ayında şəkərin ixrac dəyəri isə 25,8 faiz artaraq 1,9 milyon dollar təşkil edib.

Bu ilin yanvar – aprel ayları ərzində ölkənin aqrar və aqrar – sənaye məhsullarının ixracında da əhəmiyyətli artım qeydə alınıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, ilin ilk 4 ayında aqrar məhsulların ixrac dəyəri 14 faiz artaraq 232,7 milyon dollara, aqrar-sənaye məhsullarının ixrac dəyəri isə 7,9 faiz artaraq 90,8 milyon dollara çatıb. Bütövlükdə, hesabat dövründə qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar – sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz çoxalaraq 323,6 milyon dollar təşkil edib.

Yeri gəlmişkən, son illər Azərbaycanın kənd təsərrüfatı sektorunda yaradılmış məhsul bolluğu daxili bazarın tələbatını ödəməklə yanaşı, ölkənin ixrac potensialının artmasına da mühüm töhfələr verir. Bu baxımdan əsas bitkiçilik məhsullarından sayılan pambıq mahlıcı və pomidoru xüsusi qeyd etmək olar. Elə cari ilin yanvar – aprel aylarında ölkəmizdən ixrac edilən qeyri – neft sektoruna aid malların siyahısında adıçəkilən məhsulların üstünlük təşkil etməsi də bunu təsdiqləyir. Belə ki, hesabat dövründə Azərbaycandan 26,8 milyon dollarlıq meyvə – tərəvəz ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14,8 faiz çoxdur.

Cari ilin ilk 4 ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (95,4 milyon dollar) birinci olub. Bu siyahıda pomidor (tomat) (74,7 milyon dollar) ikinci, karbamid (63,5 milyon dollar) isə üçüncü yerdə qeydə alınıb.

2025-ci ilin aprel ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (30,2 milyon dollar) birinci olub. Bu siyahıda pomidor (tomat) (30,16 milyon dollar) ikinci, pambıq (22,1 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

Bu ilin ilk 4 ayında Rusiya Federasiyasına 321,4 milyon dollar, Türkiyəyə 187,7 milyon dollar, Gürcüstana 105,8 milyon dollar, İsveçrəyə 100,5 milyon dollar, Ukraynaya isə 63 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Bu ilin aprel ayında Rusiya Federasiyasına 88,5 milyon dollar, Türkiyəyə 53,3 milyon dollar, İsveçrə 30,9 milyon dollar, Gürcüstan 25,1 milyon dollar, Qazaxıstan isə 14,2 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

Yanvar – aprel ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin ölkəmizdəki nümayəndəliyi, UNİTED ALLİANCE GROUP LTD şirkətinin Azərbaycandakı filialı, “Baku Steel Company” QSC, “MKT İstehsalat Kommersiya”, “Avrora”, P-AQRO, “Export Stream” məhdud məsuliyyətli cəmiyyətləri, “Binə Aqro” QSC, “Sahdag Sy” MMC və “Lepın LM” şirkəti yer alıb.

Qeyri – neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “AzərEnerji” ATSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, və “Qaradağ Şüşə Zavodu” ASC təmsil olunub.

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 40 ölkəsinə 5,6 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65 faizini təşkil edib. 2025-ci ilin aprel ayında isə “Azərkosmos” dünyanın 38 ölkəsinə 1,6 milyon dollar dəyərində xidmət ixrac edib.

2025-ci ilin yanvar – aprel ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1,5 milyon dollar ilə Birləşmiş Krallıq, 1,2 milyon dollar ilə Lüksemburq, 255 min dollar ilə Nigeriya, 238,6 min dollar ilə Misir və 238,5 min dollar ilə Türkiyə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 İyun 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri