Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Qeyri neft sektorunda ən çox gəlir gətirən məhsullardan biri: İstehsalı artırmaq üçün nə etməliyik?

Qeyri neft sektorunda ən çox gəlir gətirən məhsullardan biri: İstehsalı artırmaq üçün nə etməliyik?

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pomidor Azərbaycanda qeyri-neft sektorunda ən çox gəlir gətirən məhsullardan biridir. Pomidor ixracımız da artmaqda davam edir. Ekspertlərin fikrincə, bu sahədə həm istehsal, həm də ixrac baxımından olduqca böyük potensialımız var.

2024-cü ilin ilk 10 ayı ərzində Azərbaycandan 141 milyon 965 min dollar dəyərində 118 min 922 ton pomidor ixrac edilib. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir. 2023-cü ilin 10 ayı ərzində Azərbaycandan 126 milyon 81 min dollar dəyərində 113 min 319 ton pomidor ixrac edilmişdi. Beləliklə, Azərbaycandan pomidor ixracı miqdar ifadəsi ilə 5 min 604 ton və ya 5 faiz, dəyər ifadəsi ilə 15 milyon 885 min dollar və ya 12,6 faiz artıb.

Rəqəmlərdən də göründüyü kimi Azərbaycanda pomidor ixracı ildən-ilə artır. Bu sahədən həm yaxşı gəlir əldə edilir, həm də məşğulluq təmin olunur. Azərbaycan pomidoru dad və keyfiyyət baxımından üstünlüyə malikdir. İstehsalı artırmaq üçün kifayət qədər boş torpaq sahələri də var.

Bəs bu sahədə perspektivlərimiz nələrdir? İxracla bağlı potensialımızı daha artıra bilərikmi? Bunun üçün hansı addımların atılmasına ehtiyac var?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Qaza subsidiya tətbiq edilsin

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamovun sözlərinə görə, qeyri-neft ixracımızın tərkibində pomidor ixracı həlledici rol oynayır: "Belə ki, 2024-cü ildə 2023-cü ilə nisbətən ixracın 12,6 faiz artması müsbət haldır. Bu, pomidor istehsalı sahələrinin genişləndirilməsi hesabına əldə olunur. Ölkədə yeni pomidor istixanalarının yaradılması üçün kifayət qədər şərait var. Həm də aqrar sektora dövlət dəstəyi proqramları tətbiq olunur".

A.Badamov düşünür ki, sahibkarlar maarifləndirilməli və ixrac bazarlarında pomidora tələbin yüksək olduğu izah edilməlidir: "Pomidor istehsalı sahələrinə verilən təbii qaza subsidiyalar tətbiq edilsə, daha yaxşı olar. Çünki istehsal xərclərinin azalması görülən işlərin rentabelliyini artırır".

Bir bazardan asılı olmamalıyıq

Sədr müavini bildirdi ki, ixracla bağlı alternativ bazarların olmasına da ehtiyac var: "Bizim əsas pomidor ixracı bazarımız Rusiyadır. Orada rublun ucuzlaşması sahibkarların gəlirlərini azaldır. Bu tendensiya davam edərsə, sahibkarlarımıza Rusiya bazarlarına kənd təsərrüfatı məhsullarını ixrac etmək o qədər sərfəli olmayacaq. Ona görə də, indidən ixrac coğrafiyamızın genişləndirilməsi üzərində düşünməliyik. Qeyri-neft ixracımızın bir bazardan asılı olmasını düzgün hesab etmirəm. Bazarların şaxələndirilməsi ölkəmiz üçün əsas prioritet olmalıdır".

Pomidor üzrə ixtisaslaşmış rayonlarımız var

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Publik hüquqi şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyevin fikrincə, həm iqlim şəraitimiz, həm də məhsuldar torpaqlarımız pomidor üçün olduqca əlverişlidir: "Pomidor Azərbaycanda qeyri-neft sektorunda ən çox gəlir gətirən məhsullardan biridir. Pomidor üzrə ixtisaslaşmış rayonlarımız mövcuddur. Torpaqlarımızda olduqca keyfiyyətli pomidor məhsulu yetişdirmək mümkündür. Günəşli günlərin sayının çox olduğunu nəzərə alsaq, keyfiyyətli məhsul yetişdirmək üçün bütün şərait var. Bu da məhsulumuzun dadını və məhsuldarlığını xeyli artırır. Subsidiyalar və dəstəyin artırılması bu sahənin inkişafına təsir göstərir".

"Azərbaycan pomidoru artıq brendləşib"

E.Allahverdiyevin sözlərinə görə, ixracımız artdıqca, istehsalçılar da tələbatı ödəməyə daha çox diqqət edirlər: "Pomidor üçün ənənəvi bazarımız Rusiyadır. Ənənəvi bazarlarımızda da keyfiyyətli məhsul istəyirlər. Həmin bazarlarda Azərbaycan pomidoru artıq brendləşib, deyə bilərik. Rusiya bazarında pomidorumuzun yeri xüsusidir. Həmçinin istehsalçılar da o ölkəyə ixraca maraqlıdırlar. Bazarda məhsulumuza olan tələbatın artması ilə istehsalçılar istixanalarını böyütməyə çalışır, daha məhsuldar sortlara müraciət edirlər. Düzgün aqrotexniki tədbirlər görərək məhsuldarlığı artırırlar. Ərəb ölkələrinə, həmçinin bir sıra Avropa ölkələrinə də məhsul ixrac edirik. Düşünürəm ki, artım tempi daha da yüksəlməyə doğru gedəcək".

Ekspert qeyd etdi ki, ixracın artırılması üçün məhsuldarlığı artırmalıyıq: "Daha müasir istixanaların qurulmasına ehtiyac var. Açıq sahələrdə ənənəvi suvarma üsullarından əlavə, müasir suvarma üsullarına da müraciət edə bilərlər. Aqrotexniki tədbirlərə düzgün riayət olunmalıdır. Xüsusilə gübrələmə rejiminə düzgün riayət etsələr, məhsuldarlıq daha yüksək olar. Həmçinin bölgələr üzrə sortları düzgün seçmək lazımdır".

Uzaq bazarların böyük problemləri

E.Allahverdiyev də Rusiya bazarı ilə yanaşı, alternativ bazarların olmasını vacib sayır: "Bu zaman imkanlar daha da çoxalır, asılılıq azalır. Amma daha yaxın bazarları seçmək əlverişlidir. Rusiya ən uyğunudur. Sahibkarlar üçün də daha uzaq bazarlar uyğun deyil. Çünki logistika xərcləri daha da artır. Xərclər məhsulun maya dəyərinin üzərinə gəlir. Pomidor kimi məhsulların xarab olması ehtimalını da hesablamalıyıq. Məhsul tez sıradan çıxdığı üçün daha yaxın bazarlar sərfəlidir. Alternativ bazarlarda məhsulun tanıdılması da vaxt aparır. Həmin bazarlarda daha güclü rəqiblər, istehsalçıların olduğunu da nəzərə almalıyıq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Fevral 2025 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri