Icma.az
close
up
RU
Qeyri sabit hava hansı sahələrə ziyan vurub?

Qeyri sabit hava hansı sahələrə ziyan vurub?

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlərdə ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti - güclü küləklər, intensiv yağıntılar kənd təsərrüfatına ciddi təsir göstərməkdədir.

Liberal İqtisadçılar Mərkəzinin sədri, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli Metbuat.az-a açıqlamasında yaz aylarında bu cür hava şəraitinin çiçəkləyən meyvələrin tozlanma prosesini pozduğunu və bu halda meyvələrin əmələ gəlmədiyini vurğulayıb:

“Güclü külək çiçəkləri tökür. Amma qeyri-sabit hava şəraiti qısa müddət deyə bunun fəsadları o qədər də ciddi təsir göstərmir. Əgər uzun müddət davam etsəydi, məsələn, bir həftə, on gün davam etsəydi, hər hansı bir meyvənin məhsuldarlığına ciddi təsir göstərərdi. Ona görə ki, çiçəklər hər gün açır. Bizə elə gəlir ki, onlar hamısı birdən açıb, amma elə deyil. O çiçəklərin bəziləri yeni açıb, bəziləri tozlanma prosesindədir, bəziləri isə artıq tozlanma prosesini başa çatdırıb. Yəni mərhələli şəkildə yetişir. Ona görə də bir-iki günlük yağış, külək o qədər də ciddi təsir göstərmir. Həm də külək tozlanmanı daha səmərəli aparır, daha effektiv alınmasına kömək edir”.

A.Nəsirli bildirib ki, əgər açıq havada bostan-tərəvəz bitkilərinin toxumları atılıbsa, temperaturun aşağı düşməsi həmin bitkilərin yerüstü hissəsinin inkişafını soyuq hava dövründə ləngidəcək. Bu halda məhsulun bar verməsi iki-üç gün gecikə bilər ki, bu da ciddi problem deyil.

Ekspert hazırda ciddi problemin yem yığımı sahəsində olduğunu deyib:

“Artıq yoncanın birinci biçin dövrüdür. Fermerlər yoncanın əksəriyyətini sərgiləyib. Havanın temperaturu aşağı olduğuna görə otun quruması bir neçə gün, hətta bəzən bir həftə çəkir. Bu quruma dövründə otu yağış vurursa, artıq onun keyfiyyəti düşür. Digər tərəfdən külək və yağış taxıl əkinlərinə də zərər vura bilir. Hal-hazırda taxıl sahələrinin intensiv suvarıldığı dövrdür. Bu dövrdə külək başlayıbsa, əksər taxılların dibi yaş olur və külək sünbülü vurub yıxır. Bu da həm sünbülün yetişməsində ətrafdakı hava sirkulyasiyasını pozur, sıxlıq yaranır, normal tozlanma getmir və yetişmir. Həmçinin, yatmış sünbüllər yığım vaxtı ciddi itkilərə səbəb olur. Yəni həm ot sahəsinə, həm taxıl sahələrinə bu cür hava şəraiti zərər verə bilər. Digər sahələrdə, zənnimcə, problem yaranmır”.

Onun sözlərinə görə, əslində, yağıntının düşməsi torpaqda nəmliyin uzun müddət saxlanmasına kömək edir. Bu da müsbət hal kimi qiymətləndirilə bilər.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 29 Aprel 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see398

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see371

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see351

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see333

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see293

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see286

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see281

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see274

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see252

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see247

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see241

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see240

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see235

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see232

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see224

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see216

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see203

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see196

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri