Icma.az
close
up
RU
Qeyri sabit havalar kənd təsərrüfatına mənfi təsir göstərib? EKSPERTLƏRDƏN AÇIQLAMA FOTO

Qeyri sabit havalar kənd təsərrüfatına mənfi təsir göstərib? EKSPERTLƏRDƏN AÇIQLAMA FOTO

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtda bir neçə gündür küləkli hava müşahidə olunur. Bu cür hava şəraiti kənd təsərrüfatına, xüsusilə də əkin sahələrinə müəyyən təsirlər göstərə bilər. Güclü küləklər torpaqda quraqlıq yarada, tozlanmanı zəiflədə, məhsulun vaxtından əvvəl tökülməsinə və məhsuldarlığa mənfi təsir göstərə bilər.

Bəs küləkli hava əkin sahələri və məhsuldarlıq üçün təhlükəlidirmi?

Mövzu ilə bağlı meteoroloq Cavidan Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, külək, ümumiyyətlə, tozlanmaya kömək edir:

“Bu, böyük bir faktordur. Lakin güclü külək bir sıra fəsadlar törədir. Küləkli havanın mənfi təsiri torpaqdan qeyri-məhsuldar buxarlanma yaradaraq torpaq quraqlığına səbəb olur və atmosfer quraqlığı zamanı bitkinin zədələnməsini daha da gücləndirir.

Meyvə ağaclarına ziyan vurur. Budaqları və bəzən ağacları qırır. Güclü küləklər həşəratların və arıların uçmasına mane olur, nəticədə, tozlanma zəifləyir, həmçinin çiçəklər və meyvələr qoparaq tələf olur.

Küləyin digər neqativ təsiri isə alaq otlarının toxumlarını və ziyanvericiləri bir sahədən digər sahəyə daşıması ilə bağlıdır”.

Kənd təsərrüfatı eksperti Cəfər İbrahimlinin fikrincə, indiki real durumda məsələ budur ki, Azərbaycanda əsasən payızlıq əkin olan taxıl bitkiləridir və bunların ölkə ərazisinin 74 faizində artıq biçini başa çatıb:

“Sadəcə, az dağ ətəyi və dağlıq ərazilər qalıb deyə düşünürəm. Bu tipli davamlı hava şəraitinin bu ərazilərdəki böyük ərazilərin biçildiyi üçün ciddi bir təhlükə olduğunu düşünmürəm. Düzdür, küləkli hava və yağışlarla bir az taxıl bitkilərinə indi qalan ərazilərdə müəyyən qədər tökülməyə və məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər ki, bu ərazilər regional proses olduğu üçün, ümumi ölkə miqyasında olmadığı üçün, ölkə ərazisində ciddi təsiri olmayacağını düşünürəm.

İkinci əsas məsələlərdən biri, bağçılıqla bağlı məsələdir, meyvə məsələsinə bağlı. Hazırda yenə də mövsüm olaraq əsas bu dövrdə yetişən meyvələrin böyük əksəriyyəti artıq ya yığımı başa çatıb, ya da başa çatmaq üzrədir. Dolayısıyla bunun da meyvəçiliyə çox böyük, bağçılığa mənfi təsiri olmaz”.

Ekspert əlavə olaraq qeyd edib ki, ancaq bundan sonrakı dövr üçün daha çox, əgər bölgə üzrə olaraq yenə də bu nisbətən daha gec yetişən ərazilərdə bu tipli yağışlı, küləkli hava fəsadı olubsa, onun da təsirinin bağçılıq üçün ümumi Respublika ərazisində ciddi olmayacağını düşünürəm:

“Hazırda bir sıra yazlıq əkinlər, əsasən pambıqdır, qarğıdalıdır və günəbaxan kimi bitkilər çox əkilir ölkə ərazisində. Bunun da hal-hazırkı şəraitdə yağıntının bu bitkilər üçün çox böyük müsbət tərəfi var.

Külək olsa belə, küləyin də, hətta bu bitkilərin hal-hazırkı dövrü, yəni yetişmə-vegetasiya dövrünün o nöqtəsindədir ki, küləyin bu tipli bitkilərə indi mənfi təsiri ola bilməz. Tam tərsinə, havaların yağıntılı və belə sərin keçməsi həmin bu yaz əkinləri üçün, daha yaxşı məhsuldarlıq üçün və bitkinin yetişmə dövrünə mövcud vəziyyət üçün daha müsbət təsir edəcəyini düşünürəm. İndi, ümumiyyətlə, ümumi yanaşmada vəziyyət belə görünür”.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 İyul 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri