Icma.az
close
up
RU
Qeyri xidmət şəraitində ölən hərbçiyə status verilməlidir? Təklif var KONKRET

Qeyri xidmət şəraitində ölən hərbçiyə status verilməlidir? Təklif var KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Xidmət və qeyri-xidmət şəraitində həlak olan, yaxud xəsarət alan hərbçilərin statusu ilə bağlı məsələlər mütamədi olaraq gündəmə gəlir. Xüsusən, qeyri-xidmət şəraitində, daha doğrusu, hansısa qəza və ya bədbəxt hadisə zamanı dünyasını dəyişən hərbçilərə hansısa statusun və kompensasiyanın verilib-verilməməsi həmişə ciddi müzakirələrə səbəb olur.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan hərbi ekspert Emin Həsənli bildirib ki, xidmət zamanı həlak olan hərbçilərlə bağlı məsələyə mütləq baxılmalıdır:

“Bu mövzu zaman-zaman gündəmə gəlir. Məsələni mütləq araşdırılmalıdır. Təklif edirik ki, hərbi geyimdə olan və hərbi xidməti yerinə yetirərkən, qeyri-döyüş şəraitində dünyasını dəyişən şəxslərə də şəhid statusu verilsin. Məsələn, hərbi qulluqçu xidmət zamanı dağ uçqununda, yaxud qəzada həlak olubsa, bu statusu almalıdır.

Doğrudur, hərbi xidmətdə baş vermiş hadisə ilə bağlı xidmətə görə əlillik verilir. Ancaq o müharibə əlilindən fərqlənir.

Müqayisə üçün: Türkiyədə qəza zamanı dünyasını dəyişən hərbçi şəhid statusu alır. Azərbaycanda da müxtəlif zamanlarda belə hadisələr baş verib. Son təyyarə qəzasında həlak olan 3 ekipaj üzvünə də şəhid statusu verildi.

Bu məsələlərə baxmaq lazımdır. İnsan həyata 1 dəfə gəlir və bu insan həyatını hərbi xidmət zamanı itirir”.

Ekspert qeyd edib ki, qeyri-xidmət şəraitində vəfat edən hərbçinin ölüm səbəbi araşdırılmalıdır:

“Belə hadisələrdə dünyasını dəyişən hərbçini şəhidlə bir tutmaq düzgün deyil. Ola bilər ki, həmin hərbi qulluqçunun başına gələn hadisə, düşdüyü qəza özündən asılı olan səbəbdən baş versin. Misal üçün, sürücüdürsə, yol hərəkət qaydalarını pozan zaman qəzaya düşə bilər, yaxud ehtiyatsızlığı ucbatından zəhərlənə bilər. Amma hər bir halda belə məsələlərdə hərbçilərə güzəştlə yanaşmaq lazımdır. Hərbçi öz canını, həyatını, gəncliyini ölkə üçün qurban verir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Fevral 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri