Qeyriiş günlərində meşə fondu torpaqlarında 195 min ağac əkilib AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 15 noyabr, AZƏRTAC
Meşəbərpa tədbirləri qeyri-iş günlərində də davam edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Xaçmaz, Qusar, Siyəzən, Masallı, Astara, Qəbələ, Qobustan, Ağsu, Tovuz, Gədəbəy, Daşkəsən, Ağcabədi, Göygöl, Goranboy, Hacıqabul, Bərdə, Ağdaş, Şəki və Zaqatala rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində ağacəkmə tədbirləri aparılıb və ümumilikdə 125 hektar sahədə 195 min ədəd müxtəlif növ ağac tingi əkilib, 4 tondan artıq toxum səpilib.
Məlumatda bildirilib ki, hazırda ölkənin bütün regionlarının meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edir və hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilir, toxumlar səpilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 15 Noyabr 2024 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















