Qəzada barmağı qopdu, nə qədər axtarsalar da tapılmadı
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin Ədirnə şəhərində baş verən yol qəzasında sərnişinlərdən birinin barmağı qopub.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə 1-ci Murat məhəlləsinin Güngör Mazlum küçəsində qeydə alınıb.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Sürücü C.B. xəsarət almayıb, avtomobildə olan F.K.-nın isə qəza zamanı barmağı qopub.
Tibb işçiləri F.K.-ya hadisə yerində ilkin tibbi yardım göstəriblər. Onun qopan barmağı polis, tibb işçiləri və ərazidə olan vətəndaşlar tərəfindən uzun müddət axtarılıb, lakin tapılmayıb.
F.K. təcili tibbi yardım avtomobili ilə Trakya Universitetinin Tibb Fakültəsi Xəstəxanasına çatdırılıb və müalicəyə götürülüb.
Faktla bağlı araşdırma başlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 15 Avqust 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















