Qəzada həyatını itirənlər sükutla yad olundu
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsi dekabrın 26-da Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükutla yad olunub.
Yeniavaz.com xəbər verir ki, həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
Baxış sayı:26
Mənbə:https://yeniavaz.com