Qəzada ölən bacılar Astaradan Ağdaşa həkimə gediblərmiş TƏFƏRRÜAT
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ağdaş rayonunun Əmirarx kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı digər təfərrüat məlum olub.
Milli.Az xəbər verir ki, "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən iki bacını - 1976-cı il təvəllüdlü Ramazanova Sədaqət və 1978-ci il təvəllüdlü Soltanova Elnarəni vuraraq öldürüb.
Məlumata görə, onlar Astara rayonunun Giləkəran kəndinin sakinləri olublar. Bacılar həkimə getmək üçün əvvəl Bakı şəhərinə gediblər. Lakin orada həkimin Ağdaş rayonunda qəbul keçirdiyi bilinib. Daha sonra onlar bu səbəbdən Ağdaşa gediblər.
Yolu keçmək istəyən zaman bu bədbəxt hadisə baş verib.
Hər iki bacı Giləkəran kəndində dəfn olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 08 Oktyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















