Qəzada ölən Eldar Vətən müharibəsi iştirakçısı imiş FOTO
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Ağdaş rayonu ərazisində baş verən dəhşətli qəza ilə bağlı bəzi təfərrüat məlum olub.
"Unikal" Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 6 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, qəza zamanı yolda hərəkətdə olan "KamAZ" və "Qazel" markalı yük avtomobilləri toqquşub.
Qəza nəticəsində "Qazel"in sürücüsü, Neftçala rayonunun Qaramanlı kənd sakini, Eldar Fərhad oğlu Tağıyev və sərnişini, Salyan şəhər sakini, 38 yaşlı Rauf Saleh oğlu Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
"Qazel" markalı yük avtomobilində diri balıq daşınırmış. Ölənlərdən biri Rauf Hacıyev 3 uşaq atası olub. Eldar Tağıyevin isə Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 26 Oktyabr 2025 23:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















