Icma.az
close
up
RU
Qəzada ölən Nazimin 6 uşağının aqibəti necə olacaq?

Qəzada ölən Nazimin 6 uşağının aqibəti necə olacaq?

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bir həftə öncə Astarada yük avtomobili tərəfindən vurularaq həyatını itirən Nazim Baxşiyevin özündən sonra 6 övladı qaldı. Fəhləlik edərək ailəsini dolandıran 44 yaşlı mərhumun ölümü günlərdir ki, sosial şəbəkələrdə müzakirə olunur. Hər kəsi təsirləndirən hadisədən sonra insanları 6 azyaşlı uşağın taleyi maraqlandırır. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mərhum Nazim Baxşiyev iki dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı 3 il öncə vəfat edib. Bu evlilikdən onun 5 övladı olub. İkinci evliliyindən isə 1 övladı dünyaya gəlib. Baş verən qəzadan sonra 5 uşaq hər iki valideynindən məhrum vəziyyətə düşüb. Ailəni dolandıranın Nazim olduğunu nəzərə alsaq, ondan geriyə qalan 6 atasız övlad üçün həyatın heç də asan davam etməyəcəyini deyə bilərik...

İndi həmin uşaqların aqibəti necə olacaq? 

Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Teymur Mərdanoğlu saytımıza bildirdi ki, məsələ diqqətdə saxlanılır: “Həm rayon icra hakimiyyəti, həm də komitə tərəfindən uşaqlar nəzarətdədir. Hazırda həmin uşaqlar ata valideynləri olan nənə və babaları ilə birlikdə yaşayırlar. Onlar daha öncə analarını itirdikləri üçün müavinət alıblar. İndi də atalarının vəfatına görə müavinət alacaqlar. Uşaqlara psixoloji dəstək də göstəriləcək”.

Baş verən hadisədən sonra uşaqlara hər hansı sosial yardımın düşüb-düşməməsi sualı ilə Dövlət Sosial Müdafiə Fonduna da müraciət etdik. Qurumun mətbuat katibi Rəşad Mehdili məsələ ilə bağlı bunları bildirdi: “Astara rayonu Diqo kənd sakini Baxşıyev Nazim Həziqulu oğlu vəfat edənə qədər birinci həyat yoldaşı Miracova Gülşən İmanqulu qızının vəfatı ilə əlaqədar olaraq ailə başçısını itirməyə görə 480 manat sosial müavinət alıb. 

Nazim Baxşıyevin ölüm haqqında şəhadətnaməsi təqdim edildikdən və müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında mərhumun birinci həyat yoldaşından olan uşaqları ikinci həyat yoldaşı Minayə İbayevanın qəyyumluğuna verildikdən sonra ona mərhumun digər övladlarına görə də ailə başçısını itirməyə görə sosial müavinət ödəniləcək”.

Bəs ümumiyyətlə, bu kimi hallarda ailələrə hansı dəstək göstərilməlidir?

Bu sualmızı isə vəkil Pərviz Məmmədov cavablayıb: “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların tam dövlət təminatı - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara müvafiq dövlət və ya bələdiyyə müəssisələrində, qəyyumun (himayəçinin), himayədar valideynin (himayədar ailənin) ailəsində olduqları müddətdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada yemək, paltar və ayaqqabı dəsti verilməsi, yaşaması, təhsil alması və tibbi xidmət göstərilməsi və ya onların tam dəyərinin dövlət büdcəsi hesabına ödənilməsidir”.

Qeyd edək ki, hadisə oktyabrın 30-da Astara rayonunun Pensər kəndi ərazisində baş verib.1988-ci il təvəllüdlü Peyman Ruşanov idarə etdiyi “DAF” markalı yük avtomobili ilə hərəkətdə olarkən rayon sakini 1980-ci il təvəllüdlü Nazim Zahir oğlu Baxşiyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Lamiyə Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Noyabr 2024 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri