Icma.az
close
up
RU
Qəzanı prokurorluq qətl kimi qiymətləndirdi Keçmiş məhkum hakim qarşında

Qəzanı prokurorluq qətl kimi qiymətləndirdi Keçmiş məhkum hakim qarşında

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsinin bir neçə bəndi ilə təqsirləndirilən, 1990-cı il təvəllüdlü Nəcəfov Mustafa İlqar oğlunun məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

"Unikal"ın məlumatına görə, hakim təqsirləndirilən şəxsin anket məlumatlarını dəqiqləşdirib, məlum olub ki, Mustafa Nəcəfov bundan öncə də taksi sürüsünə qarşı  quldurluq etdiyinə görə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Prosesin növbəti gedişində təqsirləndirilən şəxsin ittiham aktını almadığı məlum olub. Bu səbəbdən məhkəmə prosesinin hazırlıq iclası yanvar ayının 6-na kimi təxirə salınıb. 
Cinayət işində zərərçəkmiş şəxs qismində Əkbərova Günay Mətləb qızı tanınıb. 

Xatırladaq ki, məlum cinayət hadisəsi bu il iyulun 3-də Bakının Yasamal rayonu, Kənar Dairəvi yolda “Cherry” markalı avtomobilin dərəyə aşması nəticəsində qeydə alınıb. Belə ki, maşında olan 1982-ci il təvəllüdlü Günay Əkbərova ölmüş, 34 yaşlı sürücü Mustafa Nəcəfov isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilmişdi. İki həftədən çox davam edən araşdırmalar nəticəsində prokurorluq baş vermiş hadisənin qəza olmadığı qənaətinə gəlib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sözügedən hadisə ilə Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanıb.

“İbtidai istintaq zamanı Mustafa Nəcəfovun idarə etdiyi avtomobili qəsdən dərədən aşağı aşırması və nəticədə sərnişin Günay Ələkbərovanın hadisə yerində ölməsi, özünün isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib”, – Baş Prokurorluqdan bildirilib.

Mustafa Nəcəfov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Seymur Əli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 Dekabr 2024 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri