Icma.az
close
up
RU
Qəzavüqədər...daha nə qədər?!

Qəzavüqədər...daha nə qədər?!

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İttifaq MİRZƏBƏYLİ
[email protected]

Tarix boyu nəinki insanların, hətta qəbilə, tayfa və millətlərin başına gələn ( həm də gətirilən) müsibətlərin səbəbini bəxtdə, tale yazısında axtarmışıq. Elə isə nə üçün bizim bəxtimizə, taleyimizə bu qədər faciələr yazılıb?

20 Yanvar qırğını günlərində mərhum qaboy ustası Kamil Cəlilovun ifasında səsləndirilən “Şüştər” muğamını eşidəndən sonra həmin faciə barədəki yazıya belə bir sərlövhə vermişdim: “Nə qədər belə gün olubmuş, İlahi, bu qədər muğam yaranıb?”

Həmin günlər yaranan “İlham və Fərizə” dastanını da bəxt yazısının (qəzavü-qədərin) “üstünə yıxmışdıq”, körpə uşaqların təbəssümlü cəsədini də. Tək onlar idimi? Yox! Yüz illər boyu günahsız Arazı günahkar edəndə də, sel Saranı götürüb qaçanda da, “Xocalıda gilənarın gül çağıdır” – deyib doluxsunan köçkünə təsəlli verəndə də, Qarakənd faciəsində də, Ağdaban qırğınında da bəxtimizi “ağ yuyub qara sərmişdik”.

Ağdaban demişkən, Aktaudakı təyyarə qəzasında adını tarixə yazdırmış bələdçi (nədənsə, stüardessa və stüard sözlərini işlətmək istəmirəm) Hökumə Əliyeva da Kəlbəcər torpağından idi.

Hökumə haqqında söz açmaq üçün bir məqamı xüsusilə xatırlatmaq istəyirəm. Həm jurnalist fəaliyyətim, həm də şəxsi maraqlarım ucbatından qırx dəfədən çox xarici səfərlərdə olmuşam. Bu qədər səfərin ikisi dəniz yolu, ikisi dəmir yolu, ikisi də avtomobil yolları ilə olub. Qalan səfərlərin hamısına təyyarə ilə getmişik. Hətta, bir səfərdə (Bakı– İsanbul, İstanbul – Ər-Riyad, Ər-Riyad – Mədinə ) və geriyə olmaqla altı dəfə təyyarə dəyişdiyimiz vaxtlar da olub. Yəni təyyarə haqqında, bələdçilər barədə olduqca əhatəli məlumatım var. Allah onlara nə qədər səbr, təmkin, dözüm veribmiş? Onlar hərəsi bir xasiyyətdə olan insanlarla dil tapa bilir, hamını razı salır, xəstənin, qadının, uşağın, qocanın problemlərinə necə də qayğı ilə yanaşırlar.

Hələ də səbəbini tam anlamadığım bir məsələni də dəfələrlə hiss etmişəm. Cəmi iki, üç, dörd ...saat eyni təyyarənin eyni zalında səfər etdiyimiz bələdçilər olduqca qısa zamanda bütün sərnişinlərin doğmasına çevrilə bilirlər. Ancaq çox vaxt göyərtədə yanaşı əyləşdiyim yol yoldaşımla nəinki doğmalaşa bilmirəm, hətta, söz tapıb söhbət eləmək də mümkün olmur. Bələdçilər, sözün həqiqi mənasında, vəzifələrini ustalıqla yerinə yetirə bilən insanlar arasından seçilirlər. Hökumənin sərnişinlərə qəzadan bir neçə dəqiqə əvvəlki müraciətini eşidəndə hiss etdim ki, onun bu keyfiyyətlərdən əlavə mərdliyi, mətanəti, dağlar qızına xas qorxmazlığı da var imiş.

Yadımdadır, Biz Rusiyanın Nijni-Novqorod şəhərindən Bakıya qayıdarkən bugünkü “məşhur” Azərbaycan müğənnilərindən biri AZAL-ın təyyarə bələdçisinə qarşı elə hörmətsizlik etmişdi ki, o münasibəti, bəlkə də, ancaq Ermənistan ərazilərindən qovulan qadınlarımız görmüşdülər. Yaxşı ki, Aslan adlı müğənni həmin cibi dolu, başı boş həmkarını sakitləşdirə bilmişdi. Yoxsa ... Heyrətamiz məqam o idi ki, o gün bələdçinin – azərbaycanlı xanımın əsəbiləşdiyini görmədik. Hamı mat qaldı. Sonralar həmin fərdi insani keyfiyyətləri çox bələdçilərimizdə gördüm.

O ki qaldı AZAL pilotlarının aviasiya qəzaları tarixində az-az rast gəlinən peşəkarlıq nəticəsində xeyli sərnişinin ölümdən qayıtmasına, deyə bilərik ki, bu fakt möcüzə xarakterlidir. Qəzanın səbəbinə gəlincə, bu məsələyə üç ölkənin (Azərbaycan, Qazaxıstan və Braziliya) mütəxəssisləri aydınlıq gətirəcəklər. Yəni hamının qarışması münasib deyil.

Ancaq bir məqamı xatırlatmaq istəyirəm. Bir neçə ay əvvəl ABŞ hərbçiləri xarici ölkədə keçirilən təlim zamanı öz təyyarələrini vurmuşdular. Pentaqon utanmadan, çəkinmədən bu faktı etiraf etmişdi. Təbii ki, səhv etmiş hərbçilər barədə lazımi tədbirlər görülməsi şərti ilə. Belə bir fakt Rusiya Ordusunda da baş vermişdi və qonşu ölkənin Müdafiə Nazirliyi faktı təsdiqləmiş, səhv etmiş hərbçilər cəzalandırılmışdı.

Yəni Bakı – Qroznı reysi ilə səfər edən məlum təyyarənin zədələnməsinə hansısa hərbçinin səbəb olduğu açıqlanarsa, bunun Rusiya dövlətinin və ya rus ordusunun günahı kimi qələmə verilməsi düzgün olmayacaq. Axı Rusiya bizim strateji müttəfiqimizdir.

İttifaq MİRZƏBƏYLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Dekabr 2024 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see410

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see376

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see374

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see338

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see334

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see326

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see254

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see249

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see225

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see215

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see213

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see211

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see207

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see196

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see196

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see191

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see191

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see180

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri