Qəzaya düşən deputatın vəziyəti açıqlandı
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gecə saatlarında Naxçıvan-Ordubad magistralında baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasından APA-ya məlumat verilib.
Bildirilib ki, qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Əmrah İmamverdi oğlu Məmmədov Reanimasiya şöbəsinə yerləşdirilib. Naxçıvan MR Ali Məclisinin 1990-cı il təvəllüdlü deputatı Təbriz Eyvaz oğlu Zeynalovun müalicəsi isə Neyrocərrahiyə şöbəsində aparılır. Xəsarət alan hər iki şəxsin vəziyyətinin stabil, orta-ağır olduğu bildirilir.
Qeyd edək ki, “Hyundai” markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynəliyev vəfat edib.Qəzaya düşənlərin hər üçü qazidir.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 14 Noyabr 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















