Qəzaya düşən təyyarənin qara qutusu ətraflı araşdırılır Türkiyə Müdafiə Nazirliyi
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan "C-130" hərbi yük təyyarəsinin qara qutusunun TUSAŞ obyektlərində ətraflı araşdırıldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, nazirlik bu barədə bəyanat yayıb.
Bəyanatda deyilir ki, araşdırmalar başa çatdıqdan sonra nəticələr tam şəffaflıqla ictimaiyyətə təqdim ediləcək.
"Hazırda Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan "C-130" tipli hərbi yük təyyarəmizin qara qutu kimi tanınan FDR (Flight Data Recorder) və CVDR (Cockpit Voice Data Recorder) cihazlarının TUSAŞ obyektlərində öyrənilməsi, həmçinin hadisə yerində təyyarə qəzasını araşdıran komandamızın işi davam edir. Qəzaya uğrayan təyyarəmizin qalıqları Kayseridəki 2-ci aviasiya təmir zavodumuzda ətraflı şəkildə araşdırılacaq",
- deyə bəyanatda deyilir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 20 Noyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















