Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Qəzza sammiti: Trampın planının yeni mərhələsi və Azərbaycanın rolu MÜSAHİBƏ

Qəzza sammiti: Trampın planının yeni mərhələsi və Azərbaycanın rolu MÜSAHİBƏ

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Misirdə keçirilən Qəzza Sülh Sammiti Yaxın Şərqdə gərginliklərin azaldılması və ABŞ Prezidenti Donald Trampın “sülh planının” ikinci mərhələsinin reallaşdırılması baxımından mühüm hadisə kimi qiymətləndirilir.

Bakıvaxtı.az-ın mlumatına görə, sammitin əsas məqsədi girovların azad edilməsindən sonra bölgənin siyasi idarəçiliyi, təhlükəsizlik zəmanətləri və bərpa mexanizmlərini müəyyənləşdirməkdir. Müzakirələrdə HƏMAS-ın tərkisilahı, Qəzzanın beynəlxalq nəzarətə verilməsi və gələcəkdə Fələstin administrasiyasının rolu əsas məsələlər sırasındadır.

Bu prosesdə Prezident İlham Əliyevin iştirakı Azərbaycanın beynəlxalq sülh gündəminə artan təsirinin göstəricisi kimi dəyərləndirilir. Bakıvaxtı.az politoloq Züriyə Qarayeva ilə sammitin məqsədlərini, Trampın sülh planının mahiyyətini və Azərbaycanın bu prosesdəki rolunu müzakirə etdik.

- Züriyə xanım, Qəzza sammitinin əsas məqsədi nədir və Trampın “sülh planı” hansı mərhələyə qədəm qoyur?

- Qəzza sammiti, əslində, Trampın Yaxın Şərq üçün hazırladığı çoxmərhələli sülh planının ikinci hissəsinə start verir. Birinci mərhələ - girovların azad edilməsi - hər iki tərəf üçün nisbətən qəbul edilən proses idi. İndi əsas məsələ Qəzzanın idarəçiliyinin beynəlxalq nəzarətə keçməsi və HƏMAS-ın tərkisilahıdır. Bu, həm İsrail, həm də fələstinlilər üçün ciddi sınaqdır, çünki hər iki tərəf müəyyən güzəştlərə getməlidir. ABŞ bu sammitlə beynəlxalq dəstəyi praktik mərhələyə keçirmək və tərəflərə təzyiq mexanizmini gücləndirmək niyyətindədir. Sammitin keçirilməsi, eyni zamanda, Yaxın Şərqdə ABŞ diplomatiyasının yenidən fəallaşdığını göstərir.

- HƏMAS və İsrailin mövqeləri arasında hansı əsas ziddiyyətlər mövcuddur və bu, planın icrasına necə təsir edə bilər?

- Ən böyük problem HƏMAS-ın silahı buraxmaq istəməməsi və beynəlxalq nəzarəti “xarici müdaxilə” kimi qəbul etməsidir. Onlar bölgədə qalmaq üçün müəyyən güzəştli model axtarırlar, lakin İsrailin əsas tələbi HƏMAS-ın tam tərkisilahıdır.

Digər tərəfdən, İsrail də Qəzzadan tam geri çəkilmək istəmir və Fələstin administrasiyasının idarəetməsinə skeptik yanaşır. Bu, planın praktiki icrasını ləngidə bilər, amma ABŞ-ın regiondakı təsiri prosesin gedişini müəyyən qədər sürətləndirə bilər. Misir və Qətərin vasitəçilik rolu da bu mərhələdə xüsusi əhəmiyyət daşıyır. Nəticədə, bu sammit tərəflər üçün ilk real diplomatik sınaq hesab olunur.

- Azərbaycan bu sammitdə hansı məntiqlə iştirak edir və ölkəmizdən nə gözlənilir?

- Azərbaycanın sammitə dəvət edilməsi təsadüfi deyil. Bakı son illər həm Türkiyə, həm də İsraillə münasibətlərini balanslı şəkildə inkişaf etdirərək, Yaxın Şərqdə nadir diplomatik körpü rolunu oynayıb. İlham Əliyevin iştirakının səbəbi də budur - Azərbaycan bu regionda dialoq və etimad mühitinin formalaşmasına real töhfə verə biləcək ölkə kimi tanınır. Eyni zamanda, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə göstərdiyi humanitar təşəbbüslər beynəlxalq səviyyədə yüksək qiymətləndirilib. Qəzzanın bərpası prosesində Azərbaycanın iştirakına dair çağırışlar da istisna edilmir. Bu, həm iqtisadi, həm də siyasi baxımdan Bakının nüfuzunu daha da artıracaq.

- Trampın “İbrahim razılaşmaları” konsepsiyası yenidən aktuallaşır. Bu prosesdə Azərbaycanın adı niyə hallanır?

- “İbrahim razılaşmaları” ABŞ-nin ərəb dünyası ilə İsrail arasında əlaqələri normallaşdırmaq məqsədi daşıyan təşəbbüsləridir. Tramp administrasiyası bu prosesi genişləndirərək Orta Dəhliz xəttində yerləşən, enerji və tranzit potensialına malik ölkələri də cəlb etmək istəyir. Azərbaycan burada həm enerji təhlükəsizliyinə, həm də regionlararası logistik sabitliyə töhfə verən əsas aktorlardan biridir. Bakı həm müsəlman, həm türk, həm də Qərb dünyası ilə dialoq aparmaq qabiliyyətinə malikdir və bu, onu regional sabitlik siyasətində mühüm tərəfdaşa çevirir. Bu baxımdan, Azərbaycan yalnız müşahidəçi deyil, həm də mümkün sülh təşəbbüslərinin iştirakçısı ola bilər. Bu, ölkəmizin beynəlxalq səviyyədə yeni mərtəbəyə yüksəlməsinin göstəricisidir.

- Qəzza sammitinin nəticələri regionun gələcəyinə necə təsir göstərə bilər?

- Əgər sammitdə qəbul olunan prinsiplər reallaşsa, bu, Yaxın Şərqdə uzunmüddətli sabitliyin əsasını qoya bilər. Qəzzanın beynəlxalq nəzarətə verilməsi və bərpa prosesi regionda humanitar böhranın aradan qaldırılmasına yardım edəcək. ABŞ və Misirin bu mərhələdə aktiv iştirakı yeni diplomatik nizam yarada bilər. Azərbaycan kimi balanslı mövqe tutan ölkələrin prosesə cəlbi bu sülh planının dayanıqlığını artıracaq. Əgər tərəflər real siyasi iradə nümayiş etdirsələr, Qəzza planı yalnız regional deyil, qlobal diplomatiyada da dönüş nöqtəsinə çevrilə bilər. Sammitin nəticələri yaxın aylarda bu istiqamətdə daha aydın görünəcək.

Zülfü Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Oktyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri