Qəzzada 50 minə yaxın qadın öldürülüb
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
2023-cü ilin oktyabrından bəri Qəzzada təxminən 50 min qadın və qız uşağı həyatını itirib və ya ağır yaralanıb. Atəşkəsə baxmayaraq, bölgədə qadın və uşaqlar arasında ölüm və xəsarət halları davam edir.
Modern.az xəbər verir ki, bu barədə BMT-nin Cenevrə Ofisinin həftəlik mətbuat konfransında təşkilatın nümayəndəsi Sofiya Calltorp Qəzzadakı vəziyyətlə bağlı danışarkən bildirib.
“2023-cü ilin oktyabrından bəri təxminən 50 min qadın və qız uşağının öldürüldüyünü və ya ağır yaralandığını təxmin edirik. Onlardan 38 mindən çoxu həyatını itirib, 11 700-ü isə ömürlük əlilliyə səbəb olan ağır xəsarətlər alıb. Bu rəqəm Qəzzadakı hər 21 qadın və qız uşağından birinə bərabərdir”, – deyə o bildirib.
Calltorp vurğulayıb ki, itkilərin böyük hissəsi İsrailin Qəzzaya hücumlarının ilk iki ilində qeydə alınıb. Onun sözlərinə görə, bir il əvvəl atəşkəs razılaşması qüvvəyə minsə də, qadınlar və qız uşaqları öldürülməkdə və yaralanmaqda davam edirlər.
BMT nümayəndəsi 2025-ci ilin oktyabrında atəşkəs qüvvəyə mindikdən sonra Qəzzada 277 qadın və qız uşağının həyatını itirdiyini bildirib.
Calltorp bildirib ki, BMT ən çox ehtiyacı olan insanlara həyati əhəmiyyətli yardımların çatdırılması üçün qadınların rəhbərlik etdiyi təşkilatlar və qadın hüquqları müdafiəçiləri ilə əməkdaşlıq edir.
Onun sözlərinə görə, Qəzzada insanlar böyük humanitar faciə ilə yanaşı, heç bir qadının təkbaşına daşımaq məcburiyyətində qalmamalı olduğu ağır yükə və çətinliklərə dözməli olurlar.
“Qadınlar itirdiklərini yenidən qurmağa çalışmaqla yanaşı, ailələrini ayaqda saxlamağa və həyatın normal axarını qoruyan gündəlik işlərə davam etməyə çalışırlar”, – deyə BMT nümayəndəsi vurğulayıb.
Calltorp çıxışının sonunda Qəzzada atəşkəs razılaşmasının tam icrasına, beynəlxalq hüquqa əməl olunmasına, pozuntulara görə məsuliyyətin təmin edilməsinə, eləcə də qadınların və qız uşaqlarının qorunmasına çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 09 Oktyabr 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















