Icma.az
close
up
RU
Qəzzada atəş yenidən qığılcımlanır

Qəzzada atəş yenidən qığılcımlanır

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir-birini atəşkəsi pozmaqda, əsir mübadiləsinin şərtlərini yerinə yetirməməkdə günahlandıran İsrail və HƏMAS, əslində, bir-birindən ciddi həmlə gözləyir. Belə ki, onlar atəşkəsin yox, müharibənin "növbəti mərhələsi"nə müəyyən ölçüdə hazırlıq işləri görürlər.
"The Times of Israel" xəbər saytı öz mənbələrinə istinadən yazır ki, İsrail atəşkəs və əsir mübadiləsi üzrə sazişin daha bir neçə həftədən çox çəkməyəcəyinə inanır, odur ki HƏMAS-a qarşı əməliyyatları yenidən başlatmağa planlaşdırır.
"Hərçənd ölkənin hərbi və siyasi rəhbərləri daha intensiv hərbi kampaniyanın həyata keçiriləcəyinə, ordunun taktikasının dəyişdiriləcəyinə söz versələr də, praktiki müstəvidə belə bir dəyişiklik nəzərə çarpmır. Hökumət hələ də yalnız HƏMAS-ı aradan qaldırmaq məqsədinə üstünlük verir. Halbuki bu yanaşma düzgün deyil; İsrail məsələyə daha geniş miqyasda baxmalıdır. Əks təqdirdə, terrorçular gözlənilməz üsyan qaldıra, ölkənin təhlükəsizliyi sual altına düşə bilər", - qəzetin müsahibi bildirir.
İsrailin Qəzzada atəşkəsin ikinci mərhələsindən boyun qaçırması təkcə mətbuatın şayiəsi deyil. Belə ki, "Reuters"in məlumatına görə, danışıqlar üçün Misirin paytaxtı Qahirəyə yollanan nümayəndə heyəti birinci mərhələnin daha 42 gün uzadılması tələbini irəli sürüb. Öz növbəsində, belə bir tələblə razılaşmayan HƏMAS "atəşkəs şərtlərinin lazımınca yerinə yetirilməsini" istəyir, hətta beynəlxalq ictimaiyyəti bu məsələdə "İsrailə təzyiq göstərməyə" çağırır. HƏMAS. eyni zamanda, vurğulayır ki, "israilli əsirlərin azadlığa buraxılmalarının yeganə yolu atəşkəs sazişinə sadiq qalmaqdır".
Halbuki HƏMAS da İsraillə mümkün surətdə yenidən müharibəyə artıq hazırlaşır. Fevralın 26-da "The Wall Street Journal" qəzetinin yaydığı xəbərə görə, qruplaşma bu məqsədlə təlimlər keçirir, öldürülmüş komandirlərin yerinə yeni komandirlər gətirir, habelə öz mövqelərini gücləndirərək, yeraltı tunellərdə təmir işləri aparır.
"Belə görünür ki, onlar Qəzzada atəşkəsin pozulması ehtimalını gözləyirlər", - qəzet yazır.
Belə bir mənzərənin fövqündə isə ABŞ Prezidenti Donald Trampın Qəzza zolağı ilə əlaqədar radikal planı durur. Belə ki, fevralın əvvəlində İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Evə onun qəbuluna gələndə sözügedən planını dilə gətirmiş, bütün fələstinlilərin müharibə nəticəsində xarabaya çevrilən Qəzzadan daha təhlükəsiz ərazilərə köçürüləciyini və ərazini birbaşa ABŞ-nin nəzarətə götürəcəyini diqqətə çatdırmışdı. O hətta ötən gün özünün "Truth" hesabında bu planına dair süni intellektlə hazırlanmış videoçarx da paylaşıb. Videodan görünür ki, Tramp Qəzzanı "öz məşum keçmişindən qurtararaq, işıqlı turizm mərkəzinə çevirmək" arzusundadır.
Tramp: "Qəzza planı uğurla irəliləyir"
Donald Trampın planı Fələstin Muxtariyyəti və digər ərəb dövlətləri, habelə Britaniya, Fransa, Rusiya və s. ölkələr tərəfindən məqbul qarşılanmayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə bir planı "İsrail və Fələstin arasında mümkün normallaşma prosesinə qarşı qoyulan "saatlı bomba" kimi qiymətləndirib.
"Sözügedən plan baş tutarsa, faciəvi nəticələr doğura bilər. Bu, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qərarlarının da pozulması deməkdir", - Lavrov deyib.
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azvision.az
archiveBu xəbər 28 Fevral 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1166

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see355

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see340

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see339

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see338

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see331

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see293

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see269

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see239

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see211

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see203

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see200

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri