Icma.az
close
up
RU
Qəzzada “atəş” səsləri...

Qəzzada “atəş” səsləri...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Atəşkəs ikinci mərhələdə iflasa uğradı Qəzzada münaqişə yenidən alovlanıb. HƏMAS-ın israilli girovları azad etməkdən imtinasının ardından İsrail Hərbi Hava Qüvvələri Qəzzada HƏMAS-ın hərbi mövqelərinə hava zərbələri endirməyə başlayıb. Qətərin “Al Jazeera” telekanalının məlumatına görə, martın 18-də gecə saatlarından başlayaraq İsrail ordusu anklava kütləvi hücumlar həyata keçirib. Qəzzanın Rəfah və Xan-Yunis şəhərlərinə, o cümlədən digər yaşayış məntəqələrinə raket zərbələri endirilir. “CBC”-nin məlumatında qeyd olunur ki, İsrail qırıcılarının hücumları nəticəsində 400-dən çox dinc sakin həlak olub. İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin müdafiə naziri İsrail Katz HƏMAS-ın girovları tam azad etməyənə qədər hücumların davam edəcəyini bəyan ediblər. Netanyahu öz çıxışında bildirib ki, İsrail öz məqsədlərinə nail olmaqda qərarlıdır və heç bir qüvvə onlara mane ola bilməz: “HƏMAS məhv edilənə və Qəzzanın İsrail üçün təhlükəsiz zonaya çevrilməsinə qədər hərbi əməliyyatları davam etdirəcəyik,”- deyə Netanyahu vurğulayıb. İsraildə bəzi KİV-lər iddia edirlər ki, İsrail Quru Qoşunlarının da Qəzzada hərbi əməliyyatları gözlənilir.

Xatırladaq ki, ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə aparılan uzunmüddətli danışıqlar nəticəsində bu il yanvarın 19-da İsrail ilə HƏMAS arasında atəşkəs sazişi imzalanmışdı - üç mərhələdən ibarət olan sazişin müddəalarına əsasən, ilk növbədə İsrail hərbi birləşmələri bölgədən geri çəkilməli, Qəzza sakinləri öz evlərinə qayıtmalı və bölgəyə humanitar yardım çatdırılmalı, fələstinli və israilli girovlar mərhələli şəkildə azad olunmalı idilər.

Artıq Qəzzadakı vəziyyətə beynəlxalq ictimaiyyət reaksiya verib - BMT-nin İnsan Hüquqları Təşkilatı, o cümlədən Misir və bəzi ərəb ölkələri İsraili dərhal hərbi əməliyyatları dayandırmağa və atəşkəsə əməl etməyə çağırıblar.

Əsas səbəb HƏMAS-ın özüdür

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, İsrailin Qəzzada HƏMAS-ın mövqelərinə hücumları gözlənilən idi. Onun sözlərinə görə, HƏMAS-ın tam sıradan çıxarılması İsrailin  təhlükəsizlik strategiyasında ilkin prioritetdir. “Əslində İsrail hökuməti artıq həftələrdir ki, Qəzzada əməliyyatları bərpa edəcəyi ilə bağlı təhdidlər səsləndirirdi. İsrailin dövlət rəsmiləri hesab edirlər ki, HƏMAS-ın yenidən güclənməsi və Qəzzada nəzarəti ələ alması girov mübadiləsini çətinləşdirir. Məhz buna görə də onlar HƏMAS-a hücumların daha çox girovun azad edilməsinə gətirib çıxaracağını düşünürlər. Lakin bu qərarın özü İsrailin daxilində birmənalı qarşılanmır.  Məsələn, girovların ailələri bu strategiyanın nəticə verməyəcəyindən narahatdırlar”, - deyən V.Zifəroğlu vurğulayıb ki, İsrail son həftələrdə hərbi gücünü yenidən bərpa edib: “ABŞ-dan göndərilən silah tədarükləri ilə sursat ehtiyatları yeniləndi, yeni hədəflər müəyyən edildi və qırıcı təyyarələr yeni hərbi texnikalarla təmin olundu. Uzun müddət əməliyyatlarda iştirak edən əsgərlər isə istirahət edərək yeni hərbi əməliyyatlara hazırlaşdılar”.

Pərdəarxası faktorlar

“Təbii ki, atəşkəsin pozulması danışıqlara mənfi təsirini göstərəcək. Üç mərhələdən ibarət olan atəşkəs planı müharibənin tamamilə bitməsini, İsrail ordusunun Qəzzadan geri çəkilməsini və HƏMAS-ın əlindəki bütün girovları azad etməsini nəzərdə tuturdu. Lakin bilindiyi kimi, danışıqlar uğursuz oldu. İsrail ilk atəşkəs mərhələsini 30-60 gün uzadaraq girov mübadiləsinin davam etməsini təklif etsə də, HƏMAS bu təklifi rədd etmişdi. HƏMAS, İsrailin girov mübadiləsinin ikinci mərhələsinə keçmək öhdəliyini yerinə yetirmədiyini iddia edirdi. İsrail isə HƏMAS-ı yeni girov azad etmə prosesinə mane olmaqda günahlandırır”, - deyə V.Zifəroğlu bildirib. O qeyd edib ki, hərbi əməliyyatların məhz indi başlamasına səbəb olan başqa pərdəarxası faktorlar da var: “İlk növbədə vurğulamaq lazımdır ki, yanvar ayında əldə edilən atəşkəsin ikinci mərhələsinə keçmək İsrailin Qəzzadan geri çəkilməsi anlamına gəlirdi. Bu isə HƏMAS-ın bölgədəki nəzarətini qoruyub saxlamasına gətirib çıxara bilər. Netanyahu bu ssenariyə qətiyyən müsbət baxmır. İsrail başlıca təhdid olaraq  məhz HƏMAS-ı görür və hətta bu məsələdə Mahmud Abbas administrasiyası ilə eyni fikirdədir. Qeyd edim ki, Mahmud Abbas bir neçə gün bundan əvvəl çıxışında atəşkəsin pozulmasında məhz HƏMAS-ı günahlandırıb”.

Tam dəstək...

Politoloq hesab edib ki, Qəzzada hərbi əməliyyatlar davam edəcəyi müddətdə Tramp İsraili tam şəkildə dəstəkləyəcək: “Prezident seçkilərindən sonra İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a səfər etməklə yeni administrasiyanın nəbzini yoxlaya bildi. Şübhəsiz ki, Tramp administrasiyası birinci dönəmdə olduğu kimi, ikinci dönəmdə də İsrailin yanında olacaq. Trampın İsrailə dəstək bəyanatları HƏMAS-a qarşı hücumları artırmaq üçün münasib şərait yaradır”.

V.Zifəroğlu vurğulayıb ki, Netanyahu İsrail parlamentində (Knesset)  kritik səsvermələrdə ifrat sağçı müttəfiqlərinin dəstəyinə də ehtiyac duyur: “İfrat sağçılar Qəzzada müharibənin bitməsinə qəti şəkildə qarşı çıxırlar. Elə yanvar ayında əldə edilən atəşkəsi etirazla qarşılayan bir nazir hökumətdən istefa vermişdi. “Guardian” qəzetinin yaydığı məlumata görə, İsrailin baş naziri bazar günü İsrail Daxili Təhlükəsizlik Xidmətinin rəhbərini də vəzifədən uzaqlaşdırmağa çalışacağını açıqlayıb.

Bu addım İsrailin daxilindəki müxalif qüvvələr tərəfindən demokratik nəzarət mexanizmlərini aşmağa yönəlmiş yeni bir cəhd kimi qiymətləndirilir və həftənin sonuna doğru genişmiqyaslı etiraz aksiyalarının keçirilməsi gözlənilir. Qəzzada hərbi əməliyyatların başlaması ilə artıq bu etirazçılar Netanyahunun tərəfdarları tərəfindən “vətən xainləri” kimi təqdim oluna bilər”.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Mart 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri