Icma.az
close
up
RU
Qəzzada atəşkəsə kim nail olub? Trampla Bayden uğuru bölüşə bilmirlər AzPolitika onlayn siyasi ictimai qəzet

Qəzzada atəşkəsə kim nail olub? Trampla Bayden uğuru bölüşə bilmirlər AzPolitika onlayn siyasi ictimai qəzet

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"ABŞ, Misir və Qətər tərəfindən həyata keçirilən diplomatiya nəticəsində İsrail və HƏMAS atəşkəs və girov razılaşması əldə etdi".

Bunu ABŞ-nin vəzifəsini tərk etməkdə olan Prezidenti Co Bayden deyib. Daha sonra mətbuat konfransında jurnalist bu razılaşmanın onun, yoxsa Trampın uğuru olduğunu soruşduqda Bayden “zarafat edirsiniz?”, - deyə cavab verib və bununla da razılaşmanın məhz onun komandasının nailiyyəti olduğuna işarə vurub: “Bu plan mənim komandam tərəfindən aparılan danışıqlar zamanı hazırlanıb və razılaşdırılıb. Lakin bunu əsasən ABŞ-nin növbəti administrasiyası həyata keçirəcək”. O əlavə edib ki, komandasına yeni gələn administrasiyanı razılaşma ilə bağlı tam məlumatlandırmağı əmr edib.

Əslində, məntiqlə də Baydenin dediklərində həqiqət var. Çünki bu saziş son bir neçə günün məhsulu deyil və sözsüz ki, bunun üçün böyük iş aparılıb. Həmin dövr ərzində isə ABŞ-ni Tramp yox, Bayden administrasiyası təmsil edib. Bununla belə, az öncə Trampın keçid komandası “Prezident Tramp Qəzzada atəşkəslə bağlı razılaşma əldə etdi” başlığı ilə press-reliz yayımlayıb. Orada Baydenin sözügedən uğuru öz adına yazmağa çalışdığına eyham vurulub.

Tramp isə bir qədər də irəli gedərək, özündən razı şəkildə Qəzza ilə bağlı razılaşmanın yalnız və yalnız onun sayəsində baş tutduğunu iddia edib: “Bu əlamətdar atəşkəs razılaşması bizim noyabrda əldə etdiyimiz tarixi qələbə sayəsində mümkün oldu, çünki o, dünyaya göstərdi ki, mənim administrasiyam sülhə can atacaq və bütün amerikalıların və müttəfiqlərimizin təhlükəsizliyini təmin etmək üçün sazişlər bağlayacaq… Bu razılaşmadan sonra, mənim milli təhlükəsizlik komandam, Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoffun səyləri ilə Qəzzanın bir daha terrorçular üçün təhlükəsiz sığınacağa çevrilməməsi üçün İsrail və müttəfiqlərimizlə sıx əməkdaşlığı davam etdirəcək… Bu, Amerikanı və dünyanı gözləyən böyük nailiyyətlərin yalnız başlanğıcıdır! Biz hətta Ağ Evdə olmadan da çox şeyə nail olduq. Təsəvvür edin ki, mən Ağ Evə qayıdandan sonra hansı qəribə işlər baş verəcək!”

Sonda onu da qeyd edək ki, HƏMAS rəhbərliyi atəşkəsin əldə olunmasına görə bir neçə ölkəyə minnətdarlıq edib və onların sırasında ilk yerdə Türkiyənin adını çəkib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Yanvar 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri