Qəzzada bir gündə azı 51 fələstinli həlak olub Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrailin Qəzza zolağına hücumları nəticəsində son 24 saat ərzində ən azı 51 fələstinli həlak olub.
Bu barədə Qətərin "Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, təkcə Qəzza zolağının mərkəzi hissəsində yerləşən Əl-Buric qaçqın düşərgəsinə endirilən aviazərbənin qurbanlarının sayı 10 nəfərə çatıb.
Şati qaçqın düşərgəsindəki BMT-nin idarə etdiyi Əbu Assi məktəbinə də hücum edilib.
Məktəb 40 gündən çox İsrailin mühasirəsində olan Beyt-Lahiya, Beyt-Hanun və Cəbəliyyə bölgələrindən qaçaraq didərgin düşmüş minlərlə fələstinlinin sığınacağına çevrilib.
Xatırladaq ki, Yaxın Şərqdə vəziyyət 2023-cü ilin 7 oktyabrında Fələstiinin radikal HƏMAS hərəkatının Qəzza sektorundan İsrailə keçərək sərhəd bölgələrindəki yaşayış məntəqələrindəki sakinləri öldürməsi və girov götürməsindən sonra kəskinləşib. İsrail buna cavab olaraq HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və bütün girovların azad olunması məqsədilə Qəzza bölgəsində əməliyyata başlayıb.
///report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 17 Noyabr 2024 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















