Qəzzada ölənlərin sayı 45 minə çatdı Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrail ordusunun Qəzza zolağının müxtəlif nöqtələrinə son 15 gündə həyata keçirdiyi hücumlarda 556 nəfər həyatını itirib, 1511 nəfər isə yaralanıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi açıqlama verib.
İsrail ordusunun Qəzzanın müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi iki qırğında 19 nəfərin həyatını itirdiyi, 69 nəfərin isə yaralandığı qeyd edilib.
Beləliklə, İsrailin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 44 min 805-ə, yaralıların sayı isə 106 min 257-yə yüksəlib.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilib. İnsanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilib.
Qeyd edək ki, 432 gündür ki, İsrailin Qəzzaya hücümu davam edir.
Oksana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 11 Dekabr 2024 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















