Qəzzada dağıntılar arasında 250 toy VİDEO
Icma.az bildirir, Lent az portalına istinadən.
Qəzza zolağında İsrail hücumları nəticəsində evlərini və yaxınlarını itirən 250 fələstinli cütlük kütləvi toy mərasimi ilə ailə həyatı qurub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə keçirilən “Sevinc libası 3” adlı mərasim dağıdılmış binaların və məcburi köçkünlərin yaşadığı çadırların yaxınlığında təşkil olunub.
Qəzza şəhərində keçirilən mərasimə bəylər kostyumda, gəlinlər isə ənənəvi Fələstin naxışları ilə bəzədilmiş ağ gəlinliklərdə qatılıblar.
Toy iştirakçılarından Səid ən-Nəccar İsrail bombardmanı zamanı evlərinin dağıldığını və hazırda ailəsi ilə çadırda yaşadığını bildirib.
“Bu sevinc təkcə 250 bəyin deyil, bütün Qəzza xalqının sevincidir”, – deyə o vurğulayıb.
Digər bəy Münir ət-Tətari isə müharibədə anasını və bir çox yaxınını itirdiyini söyləyib. O, toy günündə anasının yanında olmasını çox arzuladığını bildirib.
Məhəmməd Kuveydir adlı bəy isə evinin dağıldığını, yeni mənzil almağa və ya kirayələməyə maddi imkanının olmadığını deyib. O, həyat yoldaşı ilə evlilik həyatına çadırda başlayacağını açıqlayıb.
Təşkilatçıların məlumatına görə, kütləvi toyda iştirak üçün 11 min 622 nəfər müraciət edib. Onlardan 1335-i püşkatmaya buraxılıb və 250 bəy seçilib. Təşkilatçılar mərasimin əsas məqsədinin ağır humanitar şəraitdə yaşayan fələstinli gənclərə dəstək olmaq və onlara ümid vermək olduğunu bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 07 Noyabr 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















