Icma.az
close
up
RU
Qəzzada dəhşətli mənzərə 61 milyon ton dağıntının altında minlərlə cəsəd var

Qəzzada dəhşətli mənzərə 61 milyon ton dağıntının altında minlərlə cəsəd var

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qəzzada müharibənin geridə qoyduğu dağıntıların miqyası getdikcə daha aydın görünür. BMT-nin hesablamalarına görə, ərazidə təxminən 61 milyon ton dağıntı var. Onların altında isə minlərlə insanın cəsədinin qaldığı bildirilir.

“Yeni Sabah” xəbər verir ki, “The Guardian”ın məlumatına görə, Qəzzadakı dağıntıların böyük hissəsinin təmizlənməsi ən azı 7-10 il çəkə bilər. BMT İnkişaf Proqramının Fələstin üzrə xüsusi nümayəndəsi Jako Silliers dağıntıların ümumi həcminin 61 milyon ton olduğunu bildirib. Onun sözlərinə görə, bu rəqəm son 18 ildə dünyadakı müharibələr nəticəsində yaranan dağıntıların ümumi həcmindən təxminən 20 dəfə çoxdur.

Hazırda təmizləmə işləri son dərəcə çətin və təhlükəli şəraitdə aparılır. Dağıntıların arasında partlamamış sursatlar, təhlükəli maddələr və insan qalıqları var. İndiyədək təxminən 580 kilometr yol təmizlənib. İki ildən artıq müddətdə isə 907 min tona yaxın dağıntı ərazidən çıxarılıb. Bunun 300 min tondan çoxu təkrar emal edilərək yenidən istifadə olunub. Lakin bu, ümumi dağıntının cəmi 1,5 faizidir. Pepperoni pizza

Rəsmi məlumata görə, hazırda Qəzzada 8-10 min arasında insanın cəsədi dağıntıların altında qala bilər. Təşkilat insan qalıqlarının ola biləcəyi əraziləri müəyyənləşdirmək və təmizləmə zamanı həmin yerlərə üstünlük vermək üçün Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq edir. Dağıntıların təmizlənməsi zamanı ailələrin həssaslığı da nəzərə alınır. Çünki dağıntılar yalnız yıxılmış binalar deyil, bir çox ailə üçün onların evləri, şəxsi əşyaları və xatirələri deməkdir.

Qəzzada tikinti materiallarının çatışmazlığı səbəbindən dağıntıların bir hissəsi təkrar emal edilir. Beton parçalanaraq yol təmiri, çuxurların doldurulması və çadırların altının möhkəmləndirilməsi üçün istifadə olunur. Lakin ərazidə texnika və ehtiyat hissələrinin çatışmazlığı işləri çətinləşdirir. Mövcud maşınların bir çoxu köhnəlib və tez-tez sıradan çıxır. Dağıntıların arasında partlamamış sursatların olması da təhlükəni artırır. Mütəxəssislər bəzi təhlükəli əraziləri müəyyən edib nişanlaya bilsələr də, bütün partlayıcıları zərərsizləşdirmək imkanları məhduddur.

Bundan başqa, dağıntılarda asbest kimi sağlamlıq üçün təhlükəli maddələr də ola bilər. Qismən salamat qalan binaların qəfil uçması isə geri qayıdan sakinlər üçün əlavə risk yaradır. BMT hesab edir ki, Qəzzanın yenidən qurulması uzun illər və milyardlarla dollar tələb edə bilər.

Əsmətxanım Rzazadə 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 Sentyabr 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri