Qəzzada humanitar təşkilatların 300dən çox işçisi həlak olub AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Son bir ayda Qəzza zolağında humanitar təşkilatların ən azı 20 işçisi İsrail qüvvələri tərəfindən öldürülüb.
“Report” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı “Save the Children” və “Oxfam” da daxil olmaqla səkkiz təşkilatın hazırladığı hesabata istinadən məlumat yayıb.
“Onlar öz evlərində, qaçqın düşərgələrində və humanitar yardım apararkən həlak olublar. Bir çoxları öz yaxınlarını, ailə üzvlərini və qohumlarını itirib”, - telekanal bildirib.
Qeyd olunub ki, İsrailin aviazərbələrinin son qurbanları oktyabrın 19-da Fələstin anklavının cənubunda yerləşən Xan Yunisdə su kəmərinin təmiri zamanı həlak olan dörd mühəndis və iki fəhlə olub.
“İsrail hakimiyyət orqanları ilə əvvəlcədən razılaşdırılsa da, onların aydın işarələnmiş maşını vurulub. İsrail keçən il oktyabrda müharibəyə başladığından bəri Qəzzada 300-dən çox humanitar təşkilatların işçisi öldürülüb ki, bu da dünyada indiyə qədər qeydə alınan ən yüksək rəqəmdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 14 Noyabr 2024 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















