Qəzzada TV maşınına atəş açılıb 5 jurnalist həlak olub
Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
İsrail hərbçiləri Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsində Əl-Qüds əl-Yəvm (alqudstoday-tv) televiziyasının canlı yayım maşınına hücum edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media Ofisi bəyanat yayıb.
Bəyanatda deyilir ki, televiziyasının canlı yayım aparan maşınına atılan bomba nəticəsində 5 jurnalist həlak olub: "Hücumda fotojurnalist Aymen əl-Cedi və jurnalistlər Faysal Əbu əl-Kumsan, İbrahim əl-Şeyx Əli, Məhəmməd əl-Leda və Fadi Hassune həyatları ilə vidalaşıblar".
Məlumata görə, bununla da Qəzza zolağında müharibə başlayandan bəri ölən jurnalistlərin sayı 201-ə çatıb.
Tahir Şəlvəli
Mia.az
Bu mövzuda digər xəbərlər:Qəzzada 5 jurnalist HƏLAK OLDU
11 Avqust 2025 15:16
Qəzzada 239 jurnalist həlak olub
19 Avqust 2025 17:12
İsrail Qəzzada canlı yayım maşınına atəş açdı: 5 jurnalisti öldürdü
26 Dekabr 2024 16:25
Qəzzada daha bir jurnalist həlak olub
29 May 2025 07:39
Qəzzada döyüşlərdə 191 jurnalist həlak olub
01 Dekabr 2024 14:12
Baxış sayı:141
Bu xəbər 26 Dekabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















