Icma.az
close
up
RU
Qəzzaya sülh qayıdır? Razılaşma imzalandı, girovlar azad edilir, ordu çəkilir

Qəzzaya sülh qayıdır? Razılaşma imzalandı, girovlar azad edilir, ordu çəkilir

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mən İsrail və HƏMAS-ın sülh planımızın birinci mərhələsini imzaladığını elan etməkdən böyük qürur duyuram.

Qaynarinfo xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "TruthSocial" sosial media platformasında yazıb.

"Bu o deməkdir ki, bütün girovlar çox tezliklə azad ediləcək və İsrail güclü, davamlı və əbədi sülhə doğru ilk addımlar olaraq qoşunlarını razılaşdırılmış xəttə çəkəcək. Bütün tərəflərə ədalətli davranılacaq!. Bu, ərəb və müsəlman dünyası, İsrail, bütün ətraf xalqlar və Amerika Birləşmiş Ştatları üçün böyük gündür və biz bu tarixi və görünməmiş hadisənin baş verməsi üçün bizimlə işləyən Qətər, Misir və Türkiyədən olan vasitəçilərə təşəkkür edirik", deyə o bildirib.

ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrail və HƏMAS hərəkatı arasında sülh planının birinci mərhələsinə dair razılaşmanın imzalanmasında Türkiyənin böyük rolu olub.

Belə ki, Tramp və hərəkat məsləhətləşmələrdə vasitəçi qismində göstərdikləri səylərə görə Türkiyə, Qətər və Misirə təşəkkür ediblər.

Tramp qeyd edib ki, İsrail və HƏMAS arasında razılaşma çərçivəsində israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi oktyabrın 13-də baş tuta bilər.

"Girovlar azad olunacaqlar. Bu, çox güman ki, bazar ertəsi baş verəcək. Hazırda girovların azad edilməsi üçün çox işlər görürük. Ölən girovların cəsədləri də qaytarılacaq", deyə o bildirib.

HƏMAS da Qəzzada atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyib. Bu barədə hərəkatın bəyanatında deyilir:

"HƏMAS Şarm əş-Şeyxdə ciddi və məsuliyyətli danışıqlar aparıb, bundan sonra Qəzza zolağında müharibənin dayandırılması ilə bağlı razılaşmanı elan etməyə hazırdır".

Radikallar dolayı məsləhətləşmələrdə vasitəçi qismində göstərdikləri səylərə görə Misir, Qətər və Türkiyəyə təşəkkür edib, atəşkəs və İsrail qoşunlarının Qəzzadan çıxarılması istiqamətində çalışdığına görə ABŞ prezidenti Donald Trampa minnətdarlığını bildirilər:

"Biz bir daha təsdiq edirik ki, xalqımızın fədakarlığı boşa getməyəcək və vədimizə sadiq qalacağıq və xalqımızın milli hüquqlarından, o cümlədən azadlıqdan, müstəqillikdən və öz müqəddəratını təyin etmək hüququndan əl çəkməyəcəyik".

İsrailin Baş naziri Benyamin Netanyahu isə Qəzza zolağında saxlanılan bütün girovların geri qaytarılmasına ümid edir. Bu, onun ABŞ Prezidenti Donald Trampın Qəzza sülh planının birinci fazası ilə bağlı razılaşmaların əldə olunduğunu açıqlamasından sonra ilk qısa şərhi olub. İsrail baş nazirinin dəftərxanasından verilən açıqlamaya görə, Netanyahu deyib: "Tanrının köməyi ilə onların hamısını evlərinə qaytaracağıq".

Netanyahu Qəzza zolağında atəşkəsin birinci mərhələsini ratifikasiya etmək üçün Nazirlər Kabinetinin iclasını çağırmağı planlaşdırdığını açıqlayıb.

"Bu, İsrail üçün əla gündür. Sabah sazişi təsdiqləmək və bütün əziz girovlarımızı evə gətirmək üçün Nazirlər Kabinetinin iclasını keçirəcəyəm", Netanyahu bildirib.

O, ordu və təhlükəsizlik qüvvələrinə göstərdikləri cəsarətə görə təşəkkür edib. Baş nazir Qəzzada sülh nizamlanması üçün bu planı təklif edən ABŞ prezidenti Donald Trampa xüsusi minnətdarlığını bildirib:

"Tanrının köməyi ilə biz bütün məqsədlərimizə birlikdə nail olmağa və qonşularımızla sülh dairəsini genişləndirməyə davam edəcəyik".

BMT-nin baş katibi Antonio Quterreş atəşkəslə bağlı açıqlama verib: "ABŞ prezidenti Donald Trampın təklifi əsasında Qəzzada atəşkəsin təmin 

edilməsi və girovların azad edilməsinə dair razılaşmanın elan edilməsini alqışlayıram".

Onun sözlərinə görə, BMT sülhün tam həyata keçirilməsini dəstəkləyəcək və Qəzzaya humanitar yardımın çatdırılmasını artıracaq:

"Mən ABŞ, Qətər, Misir və Türkiyənin bu çox zəruri irəliləyişin əldə edilməsində diplomatik səylərini yüksək qiymətləndirirəm. BMT sazişin tam icrasını dəstəkləyəcək, davamlı və zəruri humanitar yardımların çatdırılmasını, həmçinin Qəzzada bərpa və yenidənqurma səylərini artıracaq".

BMT-nin Baş katibi həmçinin bütün tərəfləri iki dövlətli həllə nail olmaq üçün İsrail-HƏMAS sülh planını həyata keçirməyə çağırıb.

İsrailin "Ynet" portalı məlumat yayıb ki, İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinə dair planının birinci mərhələsinin icrası zamanı İsrail Qəzzanın 53%-nə nəzarətini saxlayacaq.

Qeyd olunub ki, İsrail, hökumət müqaviləni təsdiq etdikdən sonra 24 saat ərzində qoşunlarını HƏMAS ilə razılaşdırılmış xəttə geri çəkməlidir. Bundan sonra İsrail Qəzza ərazisinin təxminən 53%-nə nəzarəti saxlayacaq. Belə ki, geri çəkilmə zamanı İsrail ordusu "Gideonun arabaları" əməliyyatı zamanı ələ keçirməyə başladığı Qəzza şəhərini tərk edəcək.

Bu arada, İsrail gələn həftənin əvvəlində Trampın mümkün səfərinə hazırlaşır. Bu barədə CNN İsrail rəsmisinə istinadən məlumat yayıb.

Trampın özü Yaxın Şərqə oktyabrın 11 və ya 12-də səfər edə biləcəyini bildirsə də, hansı ölkə və ya ölkələrə səfər edə biləcəyini dəqiqləşdirməyib.

"Axios"un müxbiri Barak Ravid qeyd edib ki, Tramp İsrailin baş naziri Benyamin Netanyahunun dəvəti ilə yəhudi dövlətinin parlamenti olan Knessetdə çıxış etmək niyyətindədir.

Ağ Evin mətbuat katibi Karolin Livittin yaydığı bəyanatda deyilir ki, Donald Tramp oktyabrın 10-da illik fiziki müayinədən keçəcək və qısa müddət sonra Yaxın Şərqə yola düşəcək.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see226

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see214

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see182

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see142

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see137

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see135

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see135

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see133

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see132

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see131

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see128

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

Duz beyinə necə təsir edir?

22 Noyabr 2025 07:37see125

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see124

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see123

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see123

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see122

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see122

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see122

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri