Icma.az
close
up
RU
Qəzzaya türk muxtariyyəti təklifi: Xəyalpərəstlikdir”

Qəzzaya türk muxtariyyəti təklifi: Xəyalpərəstlikdir”

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu Qəzza zolağına "Türkiyə muxtariyyəti" statusunun verilməsini təklif edib. 

Onun sözlərinə görə, Qəzza sakinləri referendum keçirməli və öz gələcəkləri barədə qərar verməlidirlər. Ə.Davudoğlu bildirib ki, son söz Qəzza xalqına məxsusdur və onların istəyi əsas götürülməlidir. Bu təklif dərhal beynəlxalq arenada geniş müzakirələrə səbəb olub. ABŞ Prezidenti Donald Trampın Qəzzanı nəzarət altına alaraq onun bərpasına cavabdeh olmaq planları ilə bağlı Davudoğlu tənqidi mövqe sərgiləyib. 

O, Vaşinqtonun bölgədə birtərəfli addımlar atmasını yanlış hesab edərək, Qəzza xalqının iradəsinin önə çəkilməli olduğunu vurğulayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzaya vurduğu ziyanın kompensasiya edilməsi məsələsini qaldırıb. 

Onun fikrincə, İsrail hökuməti bu dağıntılara görə məsuliyyət daşıyır və Qəzza xalqının hüquqları bərpa olunmalıdır. Digər tərəfdən, Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin planına sərt reaksiya verərək, iki milyon insanın məcburi köçkünlüyünün qəbuledilməz olduğunu  bildirib. 

O, CNN-ə verdiyi müsahibədə  "Bu, daşınmaz əmlak alveri deyil, bu, siyasi həll tələb edən bir böhrandır",-deyib. Makron, həmçinin Fələstin xalqının öz torpaqlarında qalmaq istəyinin nəzərə alınmasının vacibliyini vurğulayı, Misir ilə İordaniyanın bu qədər qaçqını qəbul etməyə hazır olmadığını xatırladıb. 

Mövzu ilə bağlı "Cebheinfo.az"-a acıqlamasında türkiyəli hərbi ekspert Yücel Karauz bildirib ki, Əhməd Davudoğlunun təklif etdiyi modelin Qəzzada tətbiq olunması mümkün deyil: 

“Çünki təklif etdiyi modeli mövcud geosiyasi,  geostrateji dəyişikliklər, balans çərçivəsində nəzərə alacaq, ona qulaq asacaq, sonra isə dəstək verib bunu siyasətə əks etdirəcək bir güc hazırda mövcud deyil. Nə Fələstin dövlətinin, nə də fələstinlilərin bu təklifə məntiqli və real şəkildə yanaşacaqlarını düşünmürəm. 

Çünki təklif edilən həll yolları xalqın, demoqrafik vəziyyəti, tarixi quruluşu, siyasi sistemi və hazırkı qlobal güc balansı ilə uyğun olmalıdır.

Fələstinlilər bunu qəbul etsə nə olacaq, etməsə nə olacaq? 1967-ci ildə Qərb sərhədləri Qəzzadan, Şərq sərhədi Qüdsdən ibarət olan Fələstin dövlətinin mövcudluğu belə müzakirə olunarkən, oradakı fələstinlilərin köçürülməsi məsələsi gündəmdə olarkən, Əhməd Davudoğlunun siyasi elmlər üzrə mütəxəssis kimi yalnız nəzəri, qeyri-real və xəyalpərəst təklifi ciddiyə alınmayacaq". 

Səbinə Uğur 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Fevral 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri