Qəzzaya yardım paylanması 20 nəfərin ölümünə səbəb olub
Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.
Humanitar yardım daşıyan yük maşını insanların üzərinə aşıb
Qəzza zolağında humanitar yardım daşıyan yük maşını insanların üzərinə aşıb. AYNA.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” anklavın hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
“Çərşənbə axşamı gecəsi Qəzzada ərzaq daşıyan yük maşınının aşması nəticəsində humanitar yardım almağa çalışan 20 nəfər ölüb, onlarla insan yaralanıb”, - deyə qeyd edilib.
Anklav səlahiyyətliləri hesab edir ki, İsrail ordusu yük maşınını bombardman nəticəsində zədələnmiş təhlükəli yollara qəsdən yönəldib, nəticədə qəza olub.
İsrail tərəfi hələlik insidentlə bağlı açıqlama verməyib.

İsrailin Qəzzaya zərbələri 11 nəfərin ölümünə səbəb olub
15 Dekabr 2024 06:08
Qəzzaya hücumlar neçə nəfərin ölümünə səbəb oldu?
06 Dekabr 2024 15:44
Avstraliyada epidemiya 20 nəfərin ölümünə səbəb oldu
18 Mart 2025 20:23
İndoneziyada torpaq sürüşməsi və yağışlar 20 nəfərin ölümünə səbəb olub
22 Yanvar 2025 14:19
İldırım 33 nəfərin ölümünə səbəb olub
18 İyul 2025 11:08

