Icma.az
close
up
RU
QHT Agentliyin dəstəklədiyi layihənin icrasını başa çatdırıb FOTOLAR

QHT Agentliyin dəstəklədiyi layihənin icrasını başa çatdırıb FOTOLAR

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Gənc Vətənpərvərlər” Ictimai Birliyi” (GVIB) Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə yardımı ilə 2025-ci ilin 01 iyun tarixindən -31-iyul tarixinə kimi həyata keçirilən “Gələcəyimizə Narkomaniya Girməsin! ” adlı layihəsi uğurla yekunlaşıb.

QHT.az xəbər verir ki, tədbirdə Gənc Vətənpərvərlər İctimai Birliyinin şöbə müdirləri, AMEA –n elmi işçisi Pərvanə Əzimova, həkim psixoloq Abbaszadə Sevinc, Bakı -Neft və Energetika Kollecin pedoqoji kolektivi,tələbələri və digər qonaqlar iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd narkomaniya ,QİÇS,İİV ,sağlam və aktiv həyat tərzini təbliğ etmək, intizam, komanda işi və möhkəmlik hissini inkişaf etdirmək, narkotik maddələrdən istifadə və asılılığın təhlükələri haqqında məlumatlılığı artırmaq, vətənə məhəbbəti, milli-mənəvi dəyərlərə bağlılığı ön plana çəkilib.

Tədbirdə “Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri ,Kömrük Komitəsinin yanında İctimai Şuranın üzvü Müqamət Əliyev çıxış edərək bildirib ki, gənclər arasında narkomaniya ,QİÇS, İİV, sağlam və aktiv həyat tərzini təbliğ etməklə yanaşı, hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığına da diqqət artırılmalıdır.

Bakı -Neft Energetika Kollecin Tərbiyə işləri üzrə direktor müavini Muxtar Həsənov qeyd edərək bildirdi ki, Şəxsiyyətin formalaşması üçün cəmiyyət nə qədər önəmli faktor olsa da, insanın cəmiyyətə atılmazdan əvvəl aldığı ilkin tərbiyə, şüurunda həkk olunan öyüd-nəsihət və oturub-durduğu mühit onun sonrakı yolunun müəyyənləşməsində mühüm əhəmiyyət kəsb edir. Xüsusilə ailə tərbiyəsi və ata faktoru, hər bir uşağın sonrakı taleyində lokomotiv rolunu oynayır. Bu fakt mübahisəsiz belədir. Çünki məhz ailə mühiti və ailə tərbiyəsi, insanın cəmiyyətdəki sonrakı fəaliyyətində, sözün əsl mənasında, mənəvi vəsiqə xarakteri daşıyır.

Hər bir uşağın, yeniyetmə və gəncin sabahın dəyərli, ağıllı insanı olması, eyni zamanda qatilə, narkomana və oğruya çevrilməsi, ilk əvvəl evdə aldığı tərbiyədən, evin kandarından o tərəfdə oturub-durduğu insanlardan hansı vərdişlər “əxz etməsindən” çox asılıdır. Elə gənclərin də arzuolunmaz yollara düşməsinin əsas səbəbi zəif valideyn nəzarəti və onu ağuşuna alan mənfi mühitdir. İnternet dövründə, demək olar ki, ailələrin uşaqlar üzərində nəzarəti olduqca zəifdir.

Həkim narkoloq Sevinc Abaszadə bildirdi ki,Narkomaniya ilə mübarizdə hər bir vətəndaş fəallıq göstərməlidir. Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqaviməti xeyli artırır. Bu da ən əsası həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayacaqdır.

Qeyd edilib ki, layihə çərçivəsində Təhsil Mərkəzlərində ,İdman cəmiyyətlərində ,Kolleclərdə narkomaniya və pis vərdişlər əleyhinə maarifləndirmə - təbliğat xarakterli tədbirlər həyata keçirilib.

Keçirilən bu tədbirlərdə əhalinin, xüsusilə gənclərin,könüllülərin AİDS-QİÇS-İİV və narkomaniyaya dair məlumatlandırılması ilə yanaşı, ölkədə bu sahədə aparılan uğurlu islahatlar, əldə olunmuş nəticələrlə bağlı məlumatlar verilib, həmçinin mütəxəssislər tərəfindən dünyada tətbiq olunan qabaqcıl forma və metodların əks olunduğu təqdimatlar həyata keçirilib.

Semnarlarda gənclər narkomaniya və onun törətdiyi xəstəliklərdən müdafiə olunmaqla, həm öz həmyaşıdlarına bu haqda məlumat vermək, həm də əhalinin digər yaş qruplarını da bu sahədə maarifləndirmək imkanı qazanıblar.

Nəticədə maariflənən insanların sayı dəfələrlə artıb, eyni zamanda narkotikə düçar olan gənclər idman bölmələrinə və ictimai işlərə cəlb edilib.

Tədbirlərdə eyni zamanda bu sahədə maarifləndirmənin daha da güclənməsinə xidmət edəcək bu kimi layihələrin davamlı olmasının, bu bəla ilə mübarizədə cəmiyyətin bütün təbəqələrinin səfərbər edilməsinin, həmçinin proseslərə vətəndaş cəmiyyətinin daha fəal cəlb olunmasının vacibliyi də diqqətə çatdırılıb.

Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmışdr.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 İyul 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri