Icma.az
close
up
RU
Mindən çox vətəndaş cəmiyyəti fəalı Qlobal Cənub QHT Platformasına qoşulub

Mindən çox vətəndaş cəmiyyəti fəalı Qlobal Cənub QHT Platformasına qoşulub

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

COP29-da təmsil olunan 137 ölkədən 1023 QHT təmsilçisi, ictimai fəal Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılan Qlobal Cənub QHT Platformasının yaraılması barədə bəyanata qoşulub. SİA-nın məlumatına görə, platformanın yaradılması barədə təşəbbüs Bakıda COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərin Cənub-Cənub əməkdaşlığı üzrə baş tutan beynəlxalq konfransında irəli sürülüb.

Beynəlxalq konfransın yekununda Qoşulmama Hərəkatı ölkələrini təmsil edən QHT-lər Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafında QHT-lərin roluna dair birgə bəyanat mətnini razılaşdırıb və bəyanata qoşulmağı bütün COP29-da iştirak edən QHT-lər üçün açıq elan edib.

Bəyanatda Azərbaycana güclü dəstək ifadə olunub, onun qlobal roluna diqqət çəkilib, COP29 çərçivəsində sülhün və kollektiv qlobal fəaliyyətin təşviqi üçün iqlim danışıqları zamanı müharibələrin dayandırılmasına yönəlmiş Azərbaycanın “COP Atəşkəs Çağırışı” təqdir edilib.

Sənəddə dünya dövlətləri iqlim dəyişmələrinin humanitar aspektlərinə, o cümlədən həssas icmaların müdafiəsinə, sosial ədalət və ekoloji böhranlara qarşı dayanıqlılığa üstünlük verməyə, öz hərəkətlərini “COP Atəşkəs Çağırışı”nın ruhuna uyğunlaşdırmağa dəvət olunub.

Bəyanatda iqlimə davamlılıq və humanitar problemlərin həllində, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmış inklüziv siyasətlərin təşviqində QHT-lərin mühüm rola malik olması qabardılır, iqlim maliyyələşdirilməsini və yerli səviyyələrdə təşəbbüsləri dəstəkləmək üçün hökumətlər, maliyyə institutları və QHT-lər arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyi ifadə olunur.

Qlobal miqyasda QHT-lər Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlimlə bağlı fəaliyyətin təşviqində, xüsusilə regional iqlim problemlərini və icma əsaslı həlləri dəstəkləyən tərəfdaşlıqların təşviqində rollarını gücləndirməyə çağırılır.

Bəyanatda ən yaxşı təcrübələri bölüşmək, dayanıqlı inkişafa təkan vermək üçün iqlim fəaliyyəti üzrə əməkdaşlıq şəbəkəsi kimi Azərbaycan Milli QHT Forumunun təşəbbüsünə dəstək olaraq, Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığı bildirilir.

Qeyd edək ki, dünya ölkələrinin 71%-ni əhatə edən regionlardan vətəndaş cəmiyyəti təsisatlarının Azərbaycan QHT-lərinin təşəbbüsünə dəstək ifadə etməsi Azərbaycanın QHT tarixində ilk dəfə baş verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Noyabr 2024 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri